“TOUR A VENT” illik roud-şou keçirəcək
Moskva, 25 sentyabr, AZƏRTAC
Oktyabrın 8-də Rusiyanın Azərbaycan üzrə ilk turizm operatoru olan “TOUR A VENT”in artıq ənənə halını almış roud-şousu başlayacaq.
Turizm agentliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda turizm imkanlarının üzə çıxarılmasına həsr olunan tədbir Moskva, Kazan, Novosibirsk və Tümendə keçiriləcək. Roud-şounun əsas məqsədi Azərbaycan regionlarındakı turizmi rusiyalı turistlər və turizm biznes-seqmenti arasında təbliğ etməkdir.
“TOUR A VENT”in təmsilçiləri Moskvada oktyabrın 8-də Azərbaycan səfirliyində çıxış edəcəklər. Oktyabrın 9-da tədbir Kazanda keçiriləcək. Oktyabrın 11-də iştirakçıları Novosibirsk qarşılayacaq, oktyabrın 13-də isə roud-şou marşrutun final nöqtəsində - Tümen şəhərində təşkil ediləcək.
İri otel və otel şəbəkələrinin, habelə Azərbaycanın sağlamlıq turizmi üzrə ixtisaslaşan “Qafqaz”, “Hotels Group”, “RMD” turizm şirkətləri, “Pullman” oteli, qəbul edən şirkət qismində “Silk way” və digərlərinin nümayəndələri roud-şounun moderatorları qismində çıxış edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]