TOVUZ ŞƏHƏRINDƏ TƏDRIS MƏRKƏZININ AÇILIŞI OLMUŞDUR
İqtisadi İnkişaf Nazirliyi Bakı Elmi Tədris Mərkəzinin (BETM) şöbə müdiri Qorxmaz Əfəndiyev bildirmişdir ki, bu, BETM xətti ilə ölkəmizdə istifadəyə verilən sayca 20-ci tədris mərkəzidir. Yaxın gələcəkdə başqa bölgələrdə daha 7 mərkəzin açılması planlaşdırılır.
Q.Əfəndiyev demişdir ki, bu tədris mərkəzi gənclərin, məktəblilərin və əhalinin digər kateqoriyalarının müasir kompüter texnologiyalarına yiyələnməsinə, onların informasiya texnologiyaları sahəsində maariflənməsinə kömək göstərəcəkdir.
Tovuz Tədris Mərkəzinin direktoru Ələkbər Ələsgərov söyləmişdir ki, hələlik mərkəzdə 3, 6 və 12 aylıq kurslar təşkil olunacaq, VVindovs əməliyyat sistemi, habelə Microsoft Ofis proqramları tədris ediləcəkdir. Xidmətlər Qarabağ veteranlarına ödənişsiz, əlillərə və onların ailə üzvlərinə isə 50 faiz güzəştlə göstəriləcəkdir.
Sonra mərkəzə informasiya texnologiyaları sahəsində nəşr edilmiş kitab və jurnallar, digər tədris vəsaiti bağışlanmışdır.
Mərkəzdə hələlik 4 müasir kompüter dəsti quraşdırılmış, 5 nəfər işlə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]