Tullantıların qalaqlanması və ya yandırılması faktları ilə əlaqədar tədbirlər görülüb
Bakı, 4 avqust, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağdam rayonunun Xındırıstan kəndindəki “Al” marketdə, Şirvan şəhərinin 1 May küçəsində yerləşən avtotəmir sexində və Sabirabad rayonunun Ulacalı kəndindəki fərdi yaşayış evində formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı “Al” marketin təmsilçisi İbrahim Niyazov, avtotəmir sexinin nümayəndəsi Famil Muradov və Sabirabad rayon sakini Məmmədağa Məmmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.