“Turan Tovuz” klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb
Bakı, 23 yanvar, AZƏRTAC
“Turan Tovuz” klubu növbəti transferini gerçəkləşdirib.
AZƏRTAC kluba istinadən xəbər verir ki, Tovuz təmsilçisi Albaniyanın “Skenderbeu" komandasından Belaydi Pusini transfer edib.
Albaniyalı hücumçu ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
Ölkəsinin “Vllazniya” klubunun yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, bu mövsüm meydana çıxdığı 12 oyunda 6 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]