“Turan Tovuz” sonuncu yoxlama oyununda qələbə qazanıb
Bakı, 17 yanvar, AZƏRTAC
“Turan Tovuz” klubu Antalyadakı təlim-məşq toplanışını qələbə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Ayxan Hüseynov və Denis Marandiç vurublar.
İlk yoxlama matçında Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabı ilə uduzan Tovuz təmsilçisi növbəti oyunda İsveçrənin “Aarau” komandasına qalib gəlib - 1:0.
Komanda yanvarın 18-də hazırlığı başa vuraraq Vətənə qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]