Turizm ixtisasını tədris edən pedaqoqların elmi tədqiqatlarının nəticələri və fəaliyyətləri təhlil olunmuşdur
Mingəçevir, 21 iyun (AZƏRTAC). Mingəçevir Turizm Kollecində pedaqoji heyət üzvlərinin elmi tədqiqatları və fəaliyyətlərinə həsr olunmuş “Müəllim təfəkkürü və idrakı” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kollecin Heydər Əliyev adına ideoloji mərkəzində təhsil ocağının turizm və təsviri sənət fənn komissiyası müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə bu təhsil ocağının direktoru, professor Əyyub Əyyubov turizm müəllimlərinin elmi yaradıcılığa marağının artmasını təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Direktor digər ixtisas müəllimlərini də belə elmi-nəzəri konfranslarda fəal iştirak etməyə, elmi yaradıcılığa maraq göstərməyə və ixtisas səviyyələrini təkmilləşdirməyə çağırmışdır.
Konfransda turizm ixtisasını tədris edən müəllimlərin “Azərbaycanda daxili turizmin inkişaf perspektivləri”, “Qədim Şəkidə müasir turizmin inkişaf səviyyəsi”, “Azərbaycanda son dövr mehmanxana sektorunun inkişafı”, “Azərbaycanda turizmin vəziyyəti”, “Bakıda turizmin inkişaf perspektivləri” mövzularında maraqlı məruzələri dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]