Turizm obyektlərində xidmətlər müxtəlif olmalıdır
Bakı, 21 iyun (AZƏRTAC). Hazırda Azərbaycanın turizm müəssisələrinin böyük əksəriyyətində növbəti ay üçün yerlər bronlaşdırılmışdır. Bu o deməkdir ki, mövcud qiymətlər cəmiyyətin imkanlarına uyğundur.
AZƏRTAC xəbər veri ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, əgər proses belə gedərsə o zaman kimisə qiymətləri aşağı salmağa məcbur etmək mümkün olmayacaqdır.
Turizm obyektlərində aparılan monitorinqlərdən, mövsümə hazırlıq və mövcud nöqsanlardan söz açan nazir demişdir ki, turizm müəssisələrində nöqsanlar mövcuddur və problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilir. Monitorinqlərdə sanitar normalara əməl olunması, xidmətin keyfiyyətinin yüksəldilməsi, çeşidinin artırılması və s. kimi məsələlərə diqqət yetirilir. Artıq ikinci monitorinqlər zamanı məlum olmuşdur ki, həmin obyektlər qonaqları qəbul etməyə hazırdır. Ancaq elə turizm obyektləri vardır ki, orada ciddi işlər aparılmalıdır. Turizm obyektlərində xidmətlər rəngarəng olmalı, müxtəlif turlar təşkil edilməlidir. Bu istiqamətdə turizm müəssisələrinə köməklik göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]