“Turizm və qonaqpərvərlik tədqiqatları” elmi jurnalın ilk nömrəsi çapdan çıxmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) “Turizm və qonaqpərvərlik tədqiqatları” adlı elmi jurnalının birinci nömrəsi çapdan çıxmışdır.
Elmi jurnalın ilk nömrəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, jurnalda turizm sahəsinə həsr edilmiş elmi məqalələr, bu sahədə aparılan elmi tədqiqatlar, turizm bazarında baş verən proseslər haqqında məlumatlar verilir. Eyni zamanda, qonşu ölkələrin, o cümlədən Türkiyə və Gürcüstanın turizm sektorundakı yeniliklər və onların elmi baxımdan izahı da nəşrdə yer almışdır. Burada Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərində məqalələr dərc olunmuşdur.
Jurnalın nəşri ildə 4 dəfə nəzərdə tutulur. Bundan başqa, ölkəmizdə baş verən əlamətdar tarixi hadisələrlə bağlı xüsusi nömrələrin hazırlanması da planlaşdırılır. Yeni təsis olunmuş jurnal turizm sahəsində elmi tədqiqatların genişlənməsində və yayılmasında mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]