Türk birliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini təşkil edir

Bakı, 6 iyun, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın 30 illik işğala son qoyması, öz ərazi bütövlüyünü bərpa etməsi, ötən ilin sentyabrında isə bütün ərazilərində suverenliyini bərqərar etməsi böyük bir dövrün başa çatması və ölkəmiz, xalqımız üçün yeni dövrün başlanmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Şurasının Bakıda keçirilən 13-cü iclasında çıxışı zamanı deyib.
Milli Məclisin sədri türk əməkdaşlıq qurumlarının xalqlarımızın fikir və əməl birliyinin möhkəmləndirilməsi istiqamətində inamla fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd edib, TÜRKPA-nın ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfələri Azərbaycanın yüksək qiymətləndirdiyini deyib.
Sahibə Qafarova eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın və dövlətlərimizin ümumi məqsədlər ətrafında daha da sıx birləşməsində TÜRKPA və digər inteqrasiya qurumlarımızın mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin sədri Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamını xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [18:29]
Baş nazir Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
- 08.07.2025 [17:03]
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib
- 08.07.2025 [15:30]