Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk filologiyası şöbəsində aparılan tədqiqatlar Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına töhfə verir

Türk filologiyası şöbəsində aparılan tədqiqatlar Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına töhfə verir

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanda milli-ideoloji düşüncənin formalaşması, mənəvi dəyərlərimizin, tarixi köklərimizin tədqiq və təbliği işinə hələ sovet dövrünün ən mürəkkəb illərində xüsusi diqqət ayıran Ulu Öndər Heydər Əliyev respublikada türkoloji düşüncənin inkişafı üçün şərait yaradıb. Ümummilli Liderin siyasi-ideoloji fəaliyyətində Türk dünyası məsələlərinin araşdırılması aktual problemlərdən birinə çevrilib. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan elmi-tədqiqat işlərinin əsas prioritet istiqaməti də Azərbaycan-Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına təkan verməkdir. 1966-cı ildən başlayaraq institutda Şərq xalqları ədəbiyyatı şöbəsi tərkibində ayrıca qrup, sonra isə müstəqil fəaliyyət göstərən Türk filologiyası şöbəsi Azərbaycan türkologiya elminin inkişafında mühüm rol oynayıb. Şöbənin ilk müdiri akademik Həmid Araslı olub.

Bunu AZƏRTAC-a açıqlamasında Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdu söyləyib. O bildirib ki, Türk filologiyası şöbəsi fəaliyyət göstərdiyi ildən bu günədək Azərbaycan-Türkiyə və ümumtürk ədəbi və mədəni əlaqələrin inkişafında, xüsusilə türk ədəbiyyatının hər sahəsində folklor, divan ədəbiyyatı, yeni türk ədəbiyyatı, eləcə də türk dili, qədim yazılı abidələrin tədqiqinə dair geniş araşdırmalar aparılıb. Eyni zamanda, Azərbaycanın klassik şairləri Nizami Gəncəvi, Xətai, Füzuli və digər şairlərin ədəbi irsinin Şərq şeirinə təsirini aydınlaşdıraraq onların Şərq ədəbiyyatı, o cümlədən türk xalqları ədəbiyyatındakı yerinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli işlər görülüb.

Yaradıldığı vaxtdan indiyədək Türk filologiyası şöbəsində Türk ədəbiyyatının tədqiqinə dair yüzdən çox elmi əsər, əlliyə yaxın kitab, yüzlərlə elmi məqalə və tərcümə sahəsində elmi əhəmiyyətli kitablar ərsəyə gətirilib. Kitablar arasında “Türk ədəbiyyatında satira”, “Füzuli və Türkiyə poeziyası”, “Türk şəxs adları (türk mənşəli şəxs adları sözlüyü)” (I-II cild), “Türk ədəbiyyatı tarixi” (I-II cild), “Qaracaoğlan”, “Əbdülhəq Hamid”, “Rəşad Nuri”, “Mehmet Akif Ərsoyun əsərlərində ictimai problemlərin bədii təcəssümü”, “Ziya Göyalp”, “Türkiyə ədəbiyyatında Dədə Qorqud”, “Sərvəti-fünun ədəbiyyatı”, “Günəşi içənlərin türküsü” (Nazim Hikmət), “Haldun Tanərin bədii nəsri”, “Nazim Hikmət yaradıcılığında Şərq”, “Türk ədəbiyyatında yeni hekayəçilik” və digər elmi əsərlər yer alır.

Vurğulanıb ki, Azərbaycan türkologiyasının inkişafına təkan verən tərcümələr də məhz Türk filologiyası şöbəsində aparılır. Əbu Hayr Ruminin üç cildlik “Saltuknamə” dastanı, “Türkiyə mətbuatında erməni məsələsi”, İsmət Bozdağın “Lətifə xanım - Atatürkün həyat yoldaşı”, Haldun Tanərin “Hekayələr” kitabı, Ə.Cəfəroğlunun redaktorluğu ilə 1942-1943-cü illərdə Türkiyədə nəşr etdirdiyi “Türk amacı” məcmuəsi, “Çar Rusiyasının Türkiyədəki siyasəti” (erməni məsələsi), Katib Çələbinin “Mizanül-Hak”, 1932-1934-cü illərdə Ə.Cəfəroğlunun redaktorluğunda nəşr olunan “Yurd Bilgisi” məcmuəsi, “1920-ci illər Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar” toplusu və digər elmi, ədəbi, ictimai dəyəri olan əsərlər tərcümə edilib. Türk filologiyasında görülən bu işlər Azərbaycan şərqşünaslığının inkişafına, eləcə də Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələrinin inkişafına xidmət edir.

Türk filologiyası şöbəsində fəaliyyət göstərən gənc əməkdaşlar, eləcə də dissertant və doktorantlar əsasən müasir dövr türk ədəbiyyatı və türk xalqlarının ortaq dəyəri olması baxımından dil üzərində də tədqiqat işləri aparırlar. Burada aparılan tədqiqatların əsas prioriteti Azərbaycan-Türkiyə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, türk ədəbiyyatı, dili, tarixi və nəzəriyyəsi baxımından ortaya çıxan yeniliklərlə Azərbaycan tədqiqatçılarını və ədiblərini, türkoloqlarını elmi məqalələr və elmi əsərlər vasitəsilə məlumatlandırmaq, elmi tədbirlər keçirərək fikir mübadiləsinə, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə nail olmaqdır. Bu mənada şöbənin ölkə şərqşünaslığının və Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərini ana xətləri ilə ifadə edə bilərik. Belə ki, türk ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar elmi layihələr həyata keçirilir. Bunun üçün Türkiyədə və digər türk dövlətlərinin müvafiq qurumları ilə birgə beynəlxalq simpozium, konfrans və panellər təşkil edilir. Aparılan elmi -tədqiqat işlərini dünya elm çevrələri ilə bölüşmək üçün impakt faktorlu jurnallarda və bir sıra mötəbər elmi internet resurslarında məqalələr yayımlanır, eləcə də beynəlxalq elmi simpozium və konfranslarda iştirak edilir. Azərbaycan türkologiyasını inkişaf etdirmək missiyasını yerinə yetirmək üçün gənc doktorant və dissertantların yetişməsinə imkan yaradılır. Türk filologiyası şöbəsinin elmi-tədqiqat istiqamətinə aid olan türk dili, ədəbiyyatı, milli-mənəvi dəyərləri və eləcə də türk mədəniyyəti ilə əlaqədar Türkiyə və dünyada fərqlilik yarada bilmək üçün orijinal tədqiqat əsərləri ilə beynəlxalq proqramlarda iştirak edilir. Türkologiyanın əsas inkişaf istiqamətlərini nəzərə almaqla, doktorant və dissertantlara, eləcə də şöbə əməkdaşlarına dövlətin AMEA-nın qarşısında qoyduğu vəzifələrdən çıxış etməklə tədqiqat işlərində prioritet mövzuların seçilməsinə diqqət yetirilir.

Səriyyə Gündoğdu diqqətə çatdırıb ki, Türk filologiyası şöbəsinin strateji iş planı çərçivəsində əsas missiyası türk ədəbiyyatı və mədəniyyətini Azərbaycan ədəbiyyatı və mədəniyyəti arasındakı yanaşma ilə tədqiq etmək, qarşılıqlı müqayisələr aparmaqdır. Eyni zamanda, türkcə elmi və mənəvi dəyəri olan əsərləri Azərbaycan dilinə tərcümə edərək ölkəmizdə türk ədəbiyyatını təbliğ etməkdir. Bu məqsədlə hər il olduğu kimi cari ildə də elmin, təhsilin, ədəbiyyatın inkişafına və inteqrasiyasına töhfə verə biləcək məqalə və əsərlər nəşrə hazırlanaraq, beynəlxalq simpozium və konfranslarda iştirak edərək, beynəlxalq jurnalların elmi heyətində yer alaraq elmi çərçivədə dünya elminə və ictimaiyyətinə Azərbaycan şərqşünaslığını tanıtmağa nail olunub. Bu səpkidə aparılan işlər hər iki ölkənin elmi jurnallarında və internet resurslarının portallarında yer alır.

Son illər ərzində Türk filologiyası şöbəsi əməkdaşlarının Azərbaycan və Türkiyənin elmi jurnallarında iki yüzdən çox məqaləsi dərc olunub. Həmçinin onlar türkologiya ilə əlaqədar Türkiyənin bir çox şəhərlərində, habelə Tatarıstan (Rusiya), Qazaxıstan, Özbəkistan, ABŞ, Yaponiya, İtaliya, Fransa, Almaniya və Azərbaycanda təşkil olunan bir sıra beynəlxalq simpozium və konfranslarda fəal iştirak ediblər. Bununla da dünya türkoloqları arasında ölkəmizi təmsil edərək, Azərbaycan şərqşünaslıq elmini tanıtmağa nail olublar.

“Ümummilli Liderin türk dünyası ilə bağlı strateji hədəfləri, türkdilli dövlətləri bir araya gətirən mötəbər kürsülərdəki çıxışları, bir çox mühüm əhəmiyyət daşıyan tədbirlərin Azərbaycanda həyata keçirilməsi ölkəmizdə türkoloji tədqiqatları məzmunca yeni keyfiyyət müstəvisinə qaldırıb və bu sahədə elmi əlaqələrin miqyası daha da genişlənib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfər ölkəmizin Türk dünyasındakı nüfuzunu daha da gücləndirdi. Prezident İlham Əliyevin mühüm beynəlxalq tədbirlərdə, dünyanın müxtəlif ölkələrində yaşayan türk xalqlarının maddi-mədəni irsinin qorunması istiqamətində çağırışları türkoloji araşdırmaların məzmunca yenilənməsinə və aktual məsələlərin tədqiqinə geniş imkan yaradıb. Dövlətimizin başçısının Türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımlar Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparılan elmi-tədqiqatların inkişaf etdirilməsinə böyük stimul yaradır. Bu mənada Azərbaycan türkologiyası geniş perspektivlər vəd edir. Türk filologiyası şöbəsi bundan sonra da dövlətimizin AMEA-nın qarşısında qoyduğu vəzifələrdən çıxış edərək, dərin köklərə sahib olan Azərbaycan türkologiyasını inkişaf etdirəcək və ölkə şərqşünaslığına öz töhfəsini verəcək”,- deyə şöbə müdiri fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik VİDEO

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib