Türkiyə Avropada adi silahlar haqqında Müqavilədən çıxır
Ankara, 5 aprel, AZƏRTAC
Türkiyə 2024-cü il aprelin 8-dən etibarən Avropada adi silahlar haqqında Müqavilədə iştirakını dayandıracaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə bununla bağlı sənəd aprelin 5-də Türkiyə hökumətinin orqanı olan “Rəsmi qəzet”də dərc olunub.
Sənədə əsasən, Türkiyə 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış Avropada adi silahlar haqqında Müqavilədə iştirakını dayandırır. Ankara 1992-ci il iyulun 1-də hökumətin verdiyi qərarla bu sənədə qoşulmuşdu.
İlk olaraq, Avropada adi silahlar haqqında Müqavilədə 22 dövlət iştirak edirdi. Onların arasında NATO-nun 16 üzv dövləti və Varşava Müqaviləsi Təşkilatının altı ölkəsi vardı.
Avropada adi silahlar haqqında Müqavilənin başlıca vəzifəsi Şimali Atlantika alyansı ilə Varşava Müqaviləsi Təşkilatı arasında balansın hərbi texnikanın sayının azaldılması vasitəsilə təmin edilməsi idi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]