Türkiyə bu dəfə də “Aitf-2011” sərgisində tərəfdaş ölkə qismində çıxış edəcəkdir
Bakı, 7 fevral (AZƏRTAC). Aprelin 28-dən 30-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Aitf-2011” X Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.
Sərginin layihə rəhbəri Xəyal Əliyeva AZƏRTAC-a bildirmişdir ki, artıq bu beynəlxalq tədbirin tərəfdaş ölkəsi müəyyən edilmişdir. İkinci ildir ki, bu ada Türkiyə layiq görülür.
Ənənəvi olaraq sərgidə Türkiyənin turizm potensialı və ölkənin koloriti milli stenddə təqdim ediləcəkdir. Bundan əlavə, “Aitf- 2011” iştirakçılarının siyahısında Türkiyənin daha iki iri turizm operatorunun da adı olacaqdır.
X.Əliyeva demişdir ki, sərgidə dünyanın müxtəlif ölkələrindən 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Həmçinin bu il “Aitf” sərgisi özünün on illik yubileyini qeyd edəcəkdir. Yubileylə əlaqədar sərginin işini müşayiət edəcək xüsusi proqram hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]