TÜRKİYƏDƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI TƏSİS OLUNMUŞDUR
Federasiyanın sədri seçilmiş Azərbaycan Evi Dərnəyinin başçısı Bilal Dündar AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, yeni yaradılmış quruma Türkiyənin müxtəlif vilayətlərində fəaliyyət göstərən 20-dən çox dərnək üzv olacaqdır. Hələlik isə təsis yığıncağında 14 dərnək federasiyaya qoşulmuşdur. Federasiya sədri dərnəklərin həm Azərbaycan, həm də Türkiyəyə qarşı yönəlmiş erməni təbliğatına tutarlı cavab vermək, qardaş xalqlarımızın mədəni və mənəvi dəyərlərinin təbliği sahəsində birgə layihələr hazırlayıb həyata keçirmək istiqamətində səylərini birləşdirəcəyini söyləmişdir.
Federasiyanın mənzil qərargahı Ankarada olacaqdır. Bilal Dündar yeni qurumun rəhbərliyinin Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə görüşlərin keçirilməsini planlaşdırdığını da bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]