Türkiyədə Azərbaycan yazıçılarının kitabları təmənnasız təbliğ ediləcəkdir
Bakı, 7 dekabr ( AZƏRTAC). Türkiyədə Azərbaycan Aydın Qadınlar Qrupu yaradılmışdır.
Qrupdan AZƏRTAC-a bildirmişlər ki, təşkilatın yaradılmasının məqsədi Azərbaycan ədəbiyyatını qardaş ölkədə tanıtmaqdır. Diqqətə çatdırılmışdır ki, Türkiyədə fəaliyyət göstərən kitab evləri və satış mərkəzlərində uzun müddət müşahidə aparılmış və Azərbaycan yazıçılarının kitablarına rast gəlinməmişdir. Hətta orada erməni və gürcü yazıçılarının kitablarına da rast gəlmək mümkündür. Səbəbini araşdırdıqda bəlli olmuşdur ki, bu kitabların əksəriyyəti adıçəkilən ölkələrin diaspor təşkilatları və iş adamlarının maliyyə dəstəyi ilə dərc olunmuşdur. Artıq bu yöndə yeni layihəyə başlamaq və ildə bir neçə yazıçının kitabını tərcümə edərək Türkiyədə təbliği qərara alınmışdır.
Qeyd olunmuşdur ki, bu işdə qrupa bir sıra diaspor təşkilatlarımız da dəstək verəcəklər. Məlumatda o da bildirilir ki, indiyədək Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu (TÜDİAT) və Dünya Azərbaycanlı Gənclər Birliyinin mərkəzi şurası, həmçinin Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası rəhbərləri də bu işdə Azərbaycan Aydın Qadınlar Qrupu ilə olacaqlarını bəyan etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]