Türkiyədə işsizlik səviyyəsi aşağı düşüb
Ankara, 27 mart, AZƏRTAC
Türkiyədə 2025-ci ilin fevral ayının sonunda işsizlik səviyyəsi 8,2 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz aşağıdır.
AZƏRTAC bu barədə Türkiyə Statistika İdarəsinin məlumatlarına istinadla xəbər verir. Məlumatına görə, ölkədə fevral ayında işsizlərin sayı 2 milyon 886 min nəfər, orta iş günü isə həftədə 43,4 saat təşkil edib. Beləliklə, Türkiyədə işsizlik 22 aydır ki, birrəqəmli göstərici səviyyəsindədir.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bundan əvvəl hökumətin ölkənin təsdiq edilmiş iqtisadi proqramını davam etdirmək əzmində olduğunu bəyan etmişdi.
“Bütün dövlət qurumlarının fəaliyyəti ciddi şəkildə əlaqələndirilir. Məşğulluq artır, inflyasiya səviyyəsi aşağı düşür. Dövlət büdcəsinin xərcləri hökumətin ciddi nəzarəti altındadır. Bank sektoru heç bir problemlə üzləşmir, ÜDM-in artımı isə balanslaşdırılmış xarakter daşıyır”, - deyə siyasətçi vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]