Türkiyədə koronavirusdan ölənlərin sayı artır
Ankara, 31 mart, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artmaqda davam edir. Martın 31-də daha 46 nəfər dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. O bildirib ki, ölkədə ölənlərin ümumi sayı 214 nəfərə çatıb.
Martın 31-də, ümumilikdə, 15 min 422 nəfər müayinə olunub. Onlardan 2704-də infeksiya aşkarlanıb.
Beləliklə, ölkə üzrə bu virusa yoluxanların sayı 13 min 531-ə çatıb. İndiyədək 243 nəfərin müalicəsi uğurla başa çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]