Türkiyədə yeni növ koronavirusa qarşı peyvəndləmə sürətləndirilib
Ankara, 7 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə daha da sürətləndirilib.
AZƏRTAC xəbər verir ki, iyunun 6-da axşam saatlarına qədər ölkə üzrə 30 milyon 694 min 616 doza peyvənd tətbiq olunub. Bunun 17 milyon 593 min 614 dozası birinci, 13 milyon 101 min 2 dozası ilə ikinci tətbiqə aiddir.
Qeyd edək ki, Türkiyə müxtəlif növ vaksinlərin tədarükünə başlasa da, hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksini ilə aparılır. COVID-19 məhdudiyyətləri tədricən yumşaldılır. Növbəti qərarlar gələn ayın əvvəlində iyunun nəticələrinə uyğun qəbul olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]