Türkiyənin hakim partiyası 23 illiyini geniş şəkildə qeyd etməyə hazırlaşır
Ankara, 13 avqust, AZƏRTAC
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası yaradılmasının 23 illiyinə həsr olunmuş təntənəli tədbirlərə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, tədbirlər avqustun 14-də ölkənin 81 vilayətinin hər birində planlaşdırılır.
“Ədalət və İnkişaf Partiyası ümid, gələcək və hərəkət deməkdir” mövzusunda ən irimiqyaslı proqram partiyanın Ankaradakı mərkəzi ofisinin binasında keçiriləcək. Tədbirə Türkiyənin hər yerindən 1450 nümayəndə, o cümlədən onun təsisçiləri, nazirlər, parlamentin deputatları dəvət olunub.
Partiyanın lideri, Prezident Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarının qarşısında çıxış edəcək, onun üzvlərini gələcək planlar və islahatlar barədə məlumatlandıracaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]