DÜNYA
Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında koronavirusa yoluxanlar var
İstanbul, 1 aprel, AZƏRTAC
Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
S.Soylu qeyd edib ki, virusun simptomları müşahidə olunanlar arasında jandarma və təhlükəsizlik xidmətlərinin əməkdaşları, kaymakamlar və bir vali var. Onların bəzilərinin test cavabları da müsbət çıxıb.
Nazir koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində hazırda Türkiyənin 21 vilayətində 50 kənd və qəsəbənin karantinə alındığını, şəhərlərarası sərnişindaşımanın 98,9 faiz azaldıldığını bildirib.
Qeyd olunub ki, son 15 gün ərzində sosial mediada koronavirusla bağlı təxribat xarakterli məlumatlar yayan 2863 hesab aşkarlanıb. Bunların 70 faizinin FETÖ, PKK və İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) kimi terror qruplaşmalarına aid olduğu aydınlaşıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]