Türkiyəyə gələnlərdən barmaq izləri götürüləcək
Bakı, 14 avqust, AZƏRTAC
Türkiyə ölkəyə daxil olan şəxslərdən barmaq izlərinin götürülməsi layihəsini həyata keçirməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla məlumat yayıb.
“Daxili işlər naziri gələcək üçün vacib layihəni də açıqlayıb və bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”, - deyə nəşr yazır.
Nazir, həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Onun sözlərinə görə, bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]