Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlıq işləri müzakirə edilib
Aşqabad, 30 iyun, AZƏRTAC
Türkmənistanın müvafiq nazirliklərinin rəhbərləri və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyəti bu il noyabrın 28-də Aşqabadda keçiriləcək təşkilatın 15-ci Sammitinə hazırlıq işlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İƏT-in Baş Katibi Hadi Soleymanpourun qatıldığı iclas çərçivəsində təşkilati və protokol məsələləri, tədbirin gündəliyinin hazırlanması, proqramı və yekun sənəd müzakirə olunub.
Tərəflər, həmçinin Türkmənistanın bu təşkilata 2021-ci ildə sədrlik Konsepsiyasının hərtərəfli həyata keçirilməsi üçün İƏT platformasında prioritet tədbirlərin həyata keçirilməsi və bu ilin iyulunda Regional Planlaşdırma Şurasının növbəti iclasının təşkili barədə müzakirələr aparıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]