ÜÇ AY ƏRZİNDƏ PİYADALARIN VURULMASI İLƏ BAĞLI 191 FAKT QEYDƏ ALINMIŞDIR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ilin 3 ayı ərzində sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmələri nəticəsində 170 qəza baş vermişdir ki, nəticədə 64 nəfər ölmüş, 144 adam isə müxtəlif dərəcəli xəsarət almışdır.
Yol-qəza hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də sürücülərin yol ayrıclarını keçmə qaydalarına əməl etməmələri, yaxud ötmə əməliyyatı zamanı qarşıdan gələn nəqliyyatın yoluna çıxmasıdır ki, bu səbəbdən də 48 hadisə qeydə alınmışdır.
Piyadaların vurulması ilə bağlı 191, avtobus sürücüləri tərəfindən isə 44 hadisə törədilmişdir.