UKRAYNADAKI AZƏRBAYCANLI GƏNCLƏRİN FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu ilin dekabrında Ukraynada yaşayan azərbaycanlı gənclərin birinci forumu keçiriləcəkdir. Ukrayna Azərbaycanlıları Konqresi sədrinin müavini Rasim Novruzov demişdir ki, tədbirdən məqsəd Ukraynada yaşayan, fəaliyyət göstərən və təhsil alan azərbaycanlı gəncləri bir araya gətirmək, onların siyasi fəaliyyətlə məşğul olmasına imkan yaratmaq, indiki diaspor və lobbiçilik fəaliyyətinin gələcək davamçılarını müəyyən etməkdir. Forumda, həmçinin gənclərimizin məişət qayğılarına da toxunulacaq, milli adət-ənənələrimizin, mədəniyyətimizin təbliği, qorunub saxlanması və inkişaf etdirilməsi məsələləri də müzakirə olunacaqdır. Hazırda forumun təşkilinə yardım və Azərbaycanın dövlət orqanları nümayəndələrinin tədbirdə iştirakının təmin olunması ilə bağlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində məsləhətləşmələr aparılır.
Tədbirdə Ukraynadakı milli azlıqların nümayəndələri ilə yanaşı, digər xarici ölkələrdə yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]