Ukraynanın Nikolayev vilayətində Azərbaycan əsgərlərinin xatirəsi əbədiləşdiriləcəkdir
Bakı, 19 dekabr (AZƏRTAC). Ukraynanın Nikolayev vilayətində azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası döyüşçülərinin xatirəsi əbədiləşdiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov məlumat vermişdir.
O qeyd etmişdir ki, bu yaxınlarda Nikolayev vilayətinin Bessarabka kəndində Azərbaycan döyüşçülərinin şərəfinə xatirə lövhəsinin açılışı mərasimi olmuşdur. Məhz bu yerdə 9 may - Qələbə Günü azərbaycanlılardan ibarət 416-cı Taqanroq atıcı diviziyasının döyüşçüləri və 182-ci qırıcı aviasiya alayının təyyarəçiləri tərəfindən torpaqların azad edilməsi şərəfinə ucaldılmış memorial Şöhrət kompleksinin və “1944-cü il 26 mart-14 aprel Odessa hücum əməliyyatının” muzey-panoramasının tikintisi başa çatdırılacaqdır.
Xatirə lövhəsinin açılışında Nikolayev vilayətinin rəsmi şəxsləri, veteran təşkilatlarının, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]