Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyev Bakı Metropolitenini xalqın sərvəti adlandırırdı – tarixə qısa baxış

Bakı, 10 may, AZƏRTAC

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycanın Heydər Əliyevin rəhbərliyi ilə qət etdiyi tarixi yol, sadəcə, yüksəlişlər və çiçəklənmə dövrü olmayıb. Bu illər Azərbaycanın saysız-hesabsız təzyiqlərə dirənişinin, məkrli qüvvələrin niyyətlərinin qarşısının alınmasının, milli dirəniş, oyanış və dirçəlişinin keşməkeşli sınaq yolları olub. Xalqın da xoşbəxtliyi ondadır ki, belə tarixi mürəkkəb dövrlərdə inandığı lideri yetişdirə bilir. Bu tarixin memarı kimi Heydər Əliyev Azərbaycan üçün silinməz iz qoyan şəxsiyyətdir.

Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi illərdə bizə qoyduğu mirasları sadalamaqla bitməz. Onlardan biri də Bakı Metropolitenidir. 55 ildən artıqdır şəhər ictimai sərnişindaşıma nəqliyyatında Bakı Metropoliteni tarixi paya sahib olaraq özünəməxsus yeri ilə seçilir. Metropoliten onun danılmaz xidmətləri sayəsində şəhərimizin əsas nəqliyyat arteriyasına çevrilib.

AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin “Bakı Metropoliteni”nin inkişafındakı müstəsna xidmətlərinə nəzər salır.

Bakı Metropoliteni digər nəqliyyat növlərindən fərqlənir

“Metropoliten öz quruluşuna görə, xidmət imkanlarına görə - hər şeyə görə digər nəqliyyat növlərindən fərqlənir və ən sevimli nəqliyyat vasitəsidir” - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründəki fəaliyyətində metropoliteni qayğı və diqqətindən kənar qoymayıb.

Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə Bakı metrosunun tikintisi onun nəzarətində olub. Elə həmin vaxtdan o, böyüyən bir şəhər üçün metronun əhəmiyyətini xüsusi qiymətləndirməyə başlamışdı. 1953-cü ildə Stalinin ölümündən sonra Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovun göstərişi ilə Bakıda metro tikintisi konservasiya olundu. Həmin dövrdə Heydər Əliyev tikintinin davam etdirilməsi ideyasını əsaslandıran sənədlər üzərində işini SSRİ DTK-sına təqdim etmişdi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi kimi işə başladıqdan sonra isə o, metro tikintisinin gələcəyini qəti müəyyən etdi. Qeyd etmək yerinə düşər ki, məhz Ulu Öndərin qətiyyəti, böyük fədakarlığı, sovet rəhbərliyinə daxil olan bədxahlara qarşı qətiyyəti olmasaydı, Bakı Metropoliteni kiçik nəqliyyat vasitəsi olaraq qalacaq və böyüməyəcəkdi. O, hakimiyyətə gələndə metropolitenin birinci növbəsinin ikinci buraxılış sahəsində - “28 May”dan “Nizami” stansiyası istiqamətində işlər başladı, lakin perspektivi qaranlıq idi. Heydər Əliyev müdrik rəhbər kimi diqqəti şəhərin əks istiqamətinə yönəldib, əsas qüvvələri “Nərimanov” stansiyasından sonrakı üçüncü buraxılış sahəsinə cəmlədi. Cəmi iki ilə yaxın bir müddətdə “Ulduz” stansiyası istifadəyə verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya idi. 1970-ci il aprelin 17-də keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi: “Metropolitenin yeraltı xətti mürəkkəb şəraitdə keçdiyindən sizin üzərinizə öyrənilməmiş yolları qət etmək vəzifəsi düşmüşdü. Lakin yaradıcı təxəyyülünüz, Leninin yubileyini ləyaqətlə qarşılamaq səyiniz, sizin ilhamlı əməyiniz yeni cəsarətli texniki vasitələr tapmağa imkan vermişdir”.

Həmin dövrdə “8-ci kilometr” adlandırılan yaşayış sahəsindən Əhmədli qəsəbəsinə qədər olan ərazilər sürətlə inkişaf etməyə, sənaye mərkəzi kimi böyüməyə başlamışdı. Bu da Heydər Əliyevə SSRİ-nin mərkəzi rəhbərliyi qarşısında yeni vəzifələri müəyyən etməyə, yeni öhdəliklərlə Bakının strateji əhəmiyyətli bir şəhər kimi inkişafına nail olmağa imkan verdi.

Metropoliten mədəniyyət, memarlıq abidəsidir

“Bilirsiniz, birincisi, metronun maliyyələşdirilməsi Moskvadan xüsusi xətlə gəlirdi. O vaxtlar onun Azərbaycanın dövlət büdcəsinə aidiyyəti yox idi. Bu, mərkəzləşmiş maliyyələşdirmə idi. Haraya vəsait vermək olar, hara vermək olmaz - bunu Moskva, Nazirlər Soveti, Mərkəzi Komitə müəyyən edirdi. Hər il gələn il üçün metronun tikintisinin vəsaitini almaq üçün biz mərkəzlə nə qədər iş aparırdıq. Məhz bizim apardığımız o gərgin işlərin nəticəsində vəsaitləri ala bilirdik” - deyən Heydər Əliyev tikinti sahəsində işlərin gündən-günə sürətlənməsinə nail oldu. Metro xətti böyük sənaye rayonunun altında yerləşən “Ulduz” stansiyasından 8-ci kilometr yaşayış sahəsinə doğru irəliləyirdi. 1972-ci ilin noyabrın 6-da 3 stansiya - “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər” stansiyaları ilk sərnişinlərini qəbul etdi.

Lakin o, şimal istiqamətini də unutmamışdı və burada da onun planları dəqiq müəyyənləşmişdi. Bu istiqamətdə bir rəhbər kimi nə qədər doğru qərarlar verdiyini sübut etdikdən sonra, yenidən diqqəti “28 May - Nizami” sahəsinə qaytardı. 1976-cı ildə istifadəyə verilən “Nizami” stansiyası təkcə sərnişin daşıyan nəqliyyat vasitəsinin növbəti dayanacağı kimi deyil, nadir sənət incisi oldu. “Metropoliten, eyni zamanda, həqiqətən mədəniyyət, memarlıq abidəsidir” - deyən Heydər Əliyev elə o illərdə Bakı metrosunun memarlıq məsələləri ilə incə siyasətinə daha bir zəfərini əlavə etmiş oldu. O illərdə Heydər Əliyev metro tikintisinə xüsusi münasibətini stansiyanın memarı Mikayıl Useynov və bədii tərtibatının müəllifi Mikayıl Abdullayevlə görüşləri əyani göstərirdi. Amma bu stansiya da asan başa gəlmirdi: “1976-cı ildə "Nizami" stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud, tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər. Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”.

1979-cu ildə Bakı üçün bir ilk olan yerüstü stansiyanın ərsəyə gəlməsi də məhz Ulu Öndərin göstərişi idi. 1970-ci illərdə deponun kiçik bir platforması beləcə həmin ərazidə iri sənaye müəssisələrinin, ilk növbədə, Bakı Məişət Kondisionerləri Zavodunun yaradılması səbəbi ilə metronun ilk yerüstü stansiyasına çevrildi.

“Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam”

1982-ci ildə Azərbaycan üçün tarixi əhəmiyyətli bir hadisə də baş verdi. Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini kimi ən yüksək dövlət vəzifələrindən birinə təyin olundu. Onun Azərbaycana diqqət və qayğısının əyani və aşkar nümunələri sırasında yenə də Bakı Metropoliteni də var idi. Heydər Əliyevin “Azərbaycana 14 il rəhbərlik etdiyim zaman, sonra 5 il Moskvada Sovetlər İttifaqının rəhbərliyində olduğum zaman mən Bakıda metro tikintisi ilə daim məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt hiss edirəm” deməsi sadəcə, söz deyil, faktlara əsaslanan tarixdir.

SSRİ kimi nəhəng bir ölkənin ali rəhbərləri sırasında yer aldığı illərdə onun liderlik xarakteri və Bakı metrosuna xüsusi sevgisi olmasaydı, biz yenə də inkişaf edən, yeni-yeni ərazilərə çatan metropolitendən söz aça bilməzdik. O, Bakı Metropoliteninin inkişafı üçün bədxahlarından çəkinmədən nüfuzunu, gücünü buna sərf etdi: tikinti materiallarının qıtlığının bütün sovet dövlətini əsarətə aldığı bir vaxtda "Nizami - Memar Əcəmi" sahəsinin inşası dayanmadı. Hətta baş vermiş uçqundan, tunelin qrunt sularının təsiri ilə dağıldığı və beləcə, ümidlərin tükəndiyi bir vaxtda məhz onun qəti tapşırıqları Bakı metrosu qarşısında xidmətlərinin kulminasiya nöqtəsi oldu. O vaxt Heydər Əliyevin SSRİ nəqliyyat tikintisi nazirinə verdiyi tapşırıqla əsl möcüzə başladı. Yeri gəlmişkən, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları da elə bu təchizat (Heydər Əliyevin göstərişi ilə Moskvadan Bakıya fasiləsiz olaraq tübinqlər göndərilirdi) məsələləri sayəsində metro coğrafiyasını genişləndirdi. Müstəqillik illərində təhvil verilən “Cəfər Cabbarlı” stansiyasının tamamlanması və “Həzi Aslanova” qədər tunellərin inşasına da bəs etdi. Elə həmin tübinqlərin hesabına ikinci növbənin şimal sahəsində də tikintiyə başlamaq və orada qazma işlərinin 40 faizini yerinə yetirmək mümkün oldu.

Ümumilikdə, Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metronun cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idisə, sonrakı dövrdə yeraltı saraylar şəhərimiz iki dəfədən də artıq böyüdü: 21,3 kilometr xətt və 14 yeni stansiya inşa edildi.

Müstəqillik ucuz və asan başa gələn nemət deyil. Bunu metropolitençilər öz fəaliyyətlərində, gündəlik həyatlarında və ümidsizliyə gedən 90-cı illərin əvvəllərində əyani hiss edirdilər. Lakin metro üçün də hərc-mərcliyin sonu, ölkəni bürüyən böhrandan kiçik itkilərlə çıxmaq yalnız Heydər Əliyevin qayıdışı ilə reallaşdı.

SSRİ dağıldığından Bakı metrosunun əsas təchizat mənbəyi olan postsovet məkanı müəssisələri ilə əlaqələr də yox olmuşdu. Bu nəqliyyatın şəhərimiz üçün əhəmiyyətini dərk etməyənlərin ona ögey münasibət bəslədiyi bir dövrdə Heydər Əliyev faktoru yenidən sözünü dedi. Xüsusən metronun maddi-texniki bazasının möhkəmləndirilməsi, vaqon parkının yeniləşməsi onun Moskvada yüksək vəzifədə işlədiyi illərdə qazandığı nüfuz və hörmətin nəticəsi idi. Moskvanın Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin rəhbərliyi Bakı Metropoliteni üçün o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə vaqon satmağa razı olmuşdu. Bundan əlavə, Moskva metropolitençiləri metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarını mütəmadi olaraq saysız-hesabsız ehtiyat hissələri ilə təmin edirdi.

Onun nüfuzu tək bu nümunə ilə kifayətlənmir. Məhz Heydər Əliyevin nüfuzu sayəsində "Həzi Aslanov" stansiyasının inşasına Avropa İttifaqı maliyyə yardımı göstərdi. Beləcə, metro yeni inkişafın təməl mərhələsinə gəlib çatdı.

2002-ci ildə Bakı Metropoliteninin 35 illik yubileyində çıxış edərkən Ulu Öndərin metronun inkişafı, gələcəyi ilə bağlı deyib: Məndə hələ o illərdən metronun tikintisinin birinci, ikinci, üçüncü növbələrinin cədvəli var. Onu o vaxtdan saxlamışam. İndi onları təzələyəcəyik. Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”. Ulu Öndərin müəyyən etdiyi iqtisadi-siyasi konsepsiya sayəsində 2000-ci illər Bakı Metropoliteninin yeni inkişaf mərhələsini müəyyənləşdirdi.

“Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal”, “Memar Əcəmi-2”, “8 Noyabr”, “Xocəsən”...

Bu gün Ümummilli Liderin kursunu layiqincə davam etdirərək onu yeni mərhələyə çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev metronun gələcək konsepsiyasını dünyanın ən yüksək tələbləri səviyyəsində müəyyən edib və bu gün Bakı Metropoliteni həmin istiqamətə doğru addımlayır. “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır" - deyən Prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ildə ayrılan vəsait hesabına 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının 2-ci çıxışı istifadəyə verildi. Bu sırada mühüm yenilik - inşası müstəqillik illərində başlanan ilk - Bənövşəyi xəttin istismara verilməsidir. 2015-2022-ci illərdə yeni xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” və “Xocəsən” yerüstü stansiyası sərnişinlərin, elektrik deposu isə metropolitençilərin xidmətindədir. Bunların nəticəsində on minlərlə insanın nəqliyyat məsələsində metropoliten də öz yerini tutub.

Ən əsası, Ulu Öndərin layiqli davamçısı kimi Prezident İlham Əliyevin təsdiq etdiyi konseptual inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteni 119.1 kilometr uzunluqda xətləri və 76 stansiyanı əhatə edəcək, şəhərimizin aparıcı nəqliyyat vasitəsi kimi mövqeyini qoruyacaq.

İllər ötəcək, metro yeni dəst-xəti, müasir tələblərə cavab verən nəqliyyat kimi simasını dəyişəcək. Lakin Heydər Əliyevin metropolitenə verdiyi dəyər daim qüvvədə qalacaq: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək