Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyevin təhsil diplomatiyası

Ulu Öndər Heydər Əliyevin təhsil diplomatiyası

Bakı, 14 aprel, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən mühüm göstəricisi respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin bütün buxovlarından azad olması, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır. Ulu Öndərin keçən əsrin 60-cı illərinin axırlarında siyasi hakimiyyətə gəlişi cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünüqayıdışa dönüşün başlanğıcı oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Ulu Öndər Heydər Əliyevin təhsil diplomatiyası” adlı məqaləsində yer alıb. Yazını təqdim edirik.

Ulu Öndər o illəri xatırlayaraq deyirdi ki, XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elmin, təhsilin sürətlə inkişaf etməsidir. 1920-ci ildən 1991-ci ilə qədər Azərbaycanın həyatında xüsusi bir dövr olub. Azərbaycan müstəqil olmasa da, xalqımız böyük inkişaf yolu keçmişdi. Həmin illərdə, daha doğrusu, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsində şəhər, kənd və qəsəbələrimizdə 770-ə qədər məktəb binası istifadəyə verildi, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Qətiyyətlə demək olar ki, Azərbaycanın inkişafının mühüm dövrü kimi səciyyələndirilən XX əsrin 70-80-ci illəri xalqımızın qəlbində, düşüncəsində illərlə yığılıb qalmış milli ideyanın - azadlıq, müstəqillik, suveren Azərbaycan dövləti ideyalarının canlanmasına, gələcəkdə qüdrətli milli azadlıq hərəkatının ideya-mənəvi əsası və hərəkətverici qüvvəsi dərəcəsinə yüksəlməsinə zəmin yaratdı. Bu illərdə Ulu Öndərin uzaqgörənliklə istiqamətləndirdiyi ən dəyərli iş azərbaycanlı gənclərin respublikamız üçün gərəkli ixtisaslara yiyələnmələri üçün keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir məsələ də yerinə yetirildi.

O dövrdə reallaşdırılan məqsədyönlü siyasətin nəticəsidir ki, indi Rusiyada və digər keçmiş ittifaq dövlətlərində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diasporumuzun ən fəal üzvləri Ulu Öndərin ötən əsrin 70-80-ci illərində Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərdiyi tələbələrdir.

Azərbaycandan kənarda təhsil almaq üçün gənclərin göndərilməsi ideyasının tarixi qədimdir. Hələ orta əsrlərdə azərbaycanlı gənclər Şərqin tanınmış məktəb və mədrəsələrində təhsil alıb, Şərqdə elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr veriblər. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra bu tendensiya dəyişdi. Azərbaycanlı gənclər təhsil almaq üçün Rusiyanın və Avropanın tanınmış təhsil ocaqlarına üz tutdular. Azərbaycan Demokratik Respublikasında bu ideyanın gerçəkləşməsi üçün real addımlar atıldı, 100 nəfərə yaxın gənc Rusiyanın, Türkiyənin və Avropanın tanınmış elm və təhsil mərkəzlərinə yola salındılar. Çox təəssüf ki, onların taleyi uğurlu olmadı. Azərbaycan 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən yenidən işğal olundu. Demokratik hökumətin xaricə göndərdiyi tələbələr təqaüddən məhrum edildilər. Onların bəziləri Vətənə qayıtdı, bəziləri isə xaricdə təhsillərini yarımçıq qoyaraq başqa sahədə işləməyə başladılar. Vətənə qayıdanların da taleyi uğurlu olmadı, onlar Stalin repressiyasının qurbanlarına çevrildilər.

Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində bu ideya praktik həllini tapdı. Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 minədək azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yarandı. Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” adlandırırdı. Ümummilli Lider hər il avqust ayının axırlarında vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə respublikanın partiya və sovet fəallarının görüşünü keçirir, orada dərin məzmunlu çıxışı ilə öz tövsiyələrini verirdi. O, 1981-ci il avqustun 29-da tələbə gənclərin respublikanın partiya və sovet fəalları ilə görüşündəki nitqində demişdi: “Azərbaycan KP MK-nın gördüyü tədbirlər özünü tamamilə doğruldur. Ali məktəblərə layiqli gənclərin gəlməsini təmin edir. Respublikadan gənclərin bir çox qruplarının Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərində oxumağa göndərilməsi praktikası yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm istiqamətdir. İndi bizim respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il başqa şəhərlərin ali məktəblərinə 853 nəfər, o cümlədən 1-ci kursa 720 nəfər göndərilir. Bundan əlavə 42 nəfər Kiyev Mülki Aviasiya İnstitutuna qəbul olunmuşdur. Bu il Azərbaycandan cəmi 3600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqlar”.

Azərbaycanlı tələbələrin respublikadan kənarda ali təhsil alacaqları tədris ocaqlarının coğrafiyası və kadr hazırlığı istiqaməti müxtəlif idi. Demək olar ki, keçmiş ittifaqın ən nüfuzlu universitet və institutları seçilmişdi. Milli məktəblərimizin məzunlarının ümumi şərtlər daxilində həmin ali təhsil ocaqlarına qəbulu çox çətin idi. Həmin ali təhsil müəssisələrinin içərisində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Energetika İnstitutu, Moskva Kimya Maşınqayırma İnstitutu, Moskva Dəzgahqayırma İnstitutu, P.Lumumba adına Xalqlar Dostluğu Universiteti, Leninqrad Soyuducu Cihazlar Sənayesi İnstitutu, Aviasiya Cihazqayırma İnstitutu, Kiyev Politexnik İnstitutu, Belarusiya Kənd Təsərrüfatı Mexanikləşdirmə İnstitutu, Surikov adına Moskva Rəssamlıq İncəsənət İnstitutu, Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbi, Xarkov Rəssamlıq Sənaye İnstitutu, Dövlət Teatr Sənəti İnstitutu, Moskva Kənd Təsərrüfatı Mühəndisləri İnstitutu, Ryazan Radiotexnika İnstitutu, Leninqrad Toxuculuq və Yüngül Sənaye İnstitutu, Ukrayna Kənd Təsərrüfatı Akademiyası və s. mühüm yer tuturdu.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər respublikamızdan kənara hər il 47 nəfər ali təhsil almağa göndərilirdi. Halbuki plan 60 nəfər idi. Qeyd etmək yerinə düşər ki, göndərilən 47 nəfərin az bir hissəsini azərbaycanlılar təşkil edirdi. SSRİ-nin tanınmış məktəblərində azərbaycanlılar üçün ayrılmış yerlərə respublikamızda yaşayan erməni və digər millətin nümayəndələri göndərilirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu tendensiya qısa bir müddətdə dəyişdi. Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə cəmi 47 nəfər göndərilmişdisə, 1975-ci ildə onların sayı 700 nəfərə çatdı. 1975-ci ildən başlayaraq azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması intensiv xarakter aldı. 1978-ci ildən başlayaraq hər il kənara 800-900 nəfər tələbənin göndərilməsinə nail olundu. Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı. Faktlara diqqət yetirək: 1977-ci ildə 1970-ci illə müqayisədə göndərilən tələbələrin sayı 14 dəfədən çox artaraq 818 nəfərə, ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatdı, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəldi. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə 1982-ci ildə tələbələrin sayı 11 faiz artmış, ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdı. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək 40 faiz təşkil edirdi. 1976-cı ildə bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 98 faizə yüksəlmişdi. Bu yüksək tarixi-mədəni nailiyyət Ulu Öndərin Azərbaycanın gələcəyinə istiqamətlənmiş qlobal tədbirlərin tərkib hissəsi idi.

1998-ci il avqustun 31-də məhz həmin tələbələrlə indi Ulu Öndərin adını daşıyan Sarayda möhtəşəm görüş oldu. Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında Ulu Öndər o illəri məmnunluqla xatırlayaraq demişdi: “Mən çox həyəcanlıyam və eyni zamanda, böyük sevinc hissi keçirirəm. Çünki bugünkü - 1998-ci ildəki toplantımız 1969-cu ildə Azərbaycanda ilk dəfə əsası qoyulmuş görüşlərin nəticəsidir. Mən həmin görüşlərin təşəbbüskarı, təşkilatçısı olmuşam. Bu görüşlər, o vaxt görülmüş həmin işlər barədə və bunların sizin hər birinizin taleyində oynadığı rol haqqında burada kifayət qədər deyildi. Mən ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin gözəl bəhrələrini görürəm.... Vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar - siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm... Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım... mən bu işi başladım, genişləndirdim. Özüm də təsəvvür etmədən gördüm ki, Azərbaycan üçün yeni bir ali məktəb yaratmışıq. Bu nədən ibarətdir? 1969-cu ildə biz respublikadan kənara oxumağa heç 50 nəfər də göndərmədik. 1970-ci ildə 60 nəfər göndərdik. Ondan sonra bunu ilbəil artırdıq. Nəhayət, biz 1975-ci ildə, gərək ki, 600 nəfər, 1977-1978-ci illərdə isə hər il 800-900 nəfər gənci respublikadan kənar ali məktəblərə göndərdik.

Ali təhsil sahəsində işləyənlər bilirlər hər il ali məktəbin illik qəbulu 700-800 nəfər olur. Beləliklə, əgər biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovetlər İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə tələbə hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq.... 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, mən tələbələrlə görüş keçirməyim... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”.

Ulu Öndər sonralar həmin tarixi həqiqəti belə etiraf edirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışıq. Mən də bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın gələcəyi haqqında düşünürəm”.

Ulu Öndər Azərbaycandan kənarda təhsil almış Mütəxəssislər Cəmiyyətinin üzvləri ilə görüşündə xatırlayırdı ki, elə bir il olmayıb ki, respublikadan kənara ali təhsil üçün göndərdiyim gənclərlə görüşməyim. İlk vaxtlar onlarla görüş Mərkəzi Komitənin binasında, sonra isə Respublika sarayında keçirilirdi. Bakıdan Moskvaya gedəndə buradakı mənzilimi təhvil verdim. Çoxlu kitablarım var idi, onları aparmaq mümkün deyildi. Göstəriş verdim ki, mənim üçün ən əsas olan kitabları, sənədləri seçsinlər. Mən hər il respublikadan kənarda oxumağa göndərdiyim tələbələrin cildlənmiş siyahılarını özümlə Moskvaya apardım.

Heydər Əliyev SSRİ rəhbərliyinin yürütdüyü məkrli siyasətinə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndə də Kremldən özü ilə götürdüyü sənədlərdən biri də məhz həmin siyahı olub.

Azərbaycanın çağdaş tarixində Heydər Əliyev həqiqətlərinin təntənəsi milli təhsil tariximizin qızıl hərflərlə yazılmış şanlı səhifələrini təşkil edir. Keçən əsrin 70-80-ci illərində respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almağa göndərilməsi böyük elmi-mədəni, iqtisadi-siyasi əhəmiyyət daşıyırdı. Sanki mövcud ali məktəblərdən əlavə, Azərbaycan üçün yüksəkixtisaslı kadr hazırlığını həyata keçirən daha bir ali məktəbimiz respublikadan kənarda fəaliyyət göstərirdi. Hər il həmin ali məktəbə oxumağa orta hesabla 800-1000 nəfər gənc göndərilirdi. Bu rəmzi ali məktəbin yaradıcısı və rəhbəri Heydər Əliyev idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən 15 mindən çox yüksəkixtisaslı kadrların hamısı Heydər Əliyev məktəbinin məzunlarıdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlıların xaricdə təhsil alması prosesi sürətləndi. Ulu Öndərin xalqın təkidli tələbi ilə təkrar siyasi hakimiyyətə gəlişi ilə bu proses sürətləndi. Azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsil alması müxtəlif istiqamətlərdə həyata keçirilməyə başlandı:

1. Öz təşəbbüsləri və imkanları hesabına xaricdə təhsil;

2. Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil;

3. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına hökumət tərəfindən həyata keçirilən xaricdə təhsil;

4. Dövlət Proqramı xətti ilə xaricdə təhsil.

Heydər Əliyevin milli dövlətçilik strategiyasını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaları ilə bağlı təsdiq etdiyi Dövlət Proqramları maddi kapitalın insan kapitalına çevrilməsinə, davamlı insan inkişafına, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə və tərəqqisinə istiqamətlənib. Ümummilli Liderin xaricdə təhsil ənənəsi indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməklə öz bəhrəsini verməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı