Ulu Öndərin 100 illik yubileyi münasibətilə rəsədxana ərazisində 200-dən çox ağac əkilib
Bakı, 14 aprel, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, aksiya çərçivəsində rəsədxana ərazisində 200-dən çox ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, ekosistemin qorunmasına, yaşıllıqların genişləndirilməsinə Ulu Öndər Heydər Əliyev daim xüsusi əhəmiyyət verib. Dahi rəhbər Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.