ULU ÖNDƏRİN 86-CI İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR RESPUBLİKA SPARTAKİADASI KEÇİRİLƏCƏKDİR
Bakı, 30 aprel (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin işçiləri arasında respublika spartakiadası keçiriləcəkdir.
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi idman yarışına mayın 4-də start veriləcəkdir. İdmanın altı növü - şahmat, dama, nərd, voleybol, stolüstü tennis və futzal üzrə yarışlar Yasamal və Xətai rayonlarındakı şahmat-dama klublarında, Dövlət Pedaqoji, Texniki və Bakı Slavyan universitetlərinin idman zallarında keçiriləcəkdir.
Spartakiadaya mayın 31-də yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]