Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin qoyduğu təməllərə söykənən Azərbaycan təhsili daha böyük uğurlara imza atacaq

Ulu Öndərin qoyduğu təməllərə söykənən Azərbaycan təhsili daha böyük uğurlara imza atacaq

Bakı, 10 may, AZƏRTAC

Bu günlərdə xalqımız adı və əməlləri Azərbaycanın rəmzinə çevrilən, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət örnəyi olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün təntənəsini yaşayır. “Heydər Əliyev İli” olan 2023-cü il həm də dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycanın xilaskarı Heydər Əliyevə xalqın tükənməz sevgisinin, öz dahi rəhbərinə sonsuz məhəbbətinin, minnətdarlıq duyğularının ifadəsinə çevrilib. Xalqın Ulu Öndərə olan sevgisi zaman keçdikcə daha böyük məna daşımaqdadır. Xalqın bu məhəbbəti həm də bizə ərməğan edilmiş müasir müstəqil Azərbaycanın memarına olan ehtiramdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, Azərbaycanın XX əsr tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında böyük və sürətli inkişaf yolu keçib. Dünyanın siyasi arenasında müstəqil Azərbaycanın getdikcə artan nüfuzunu, dövlətçiliyin əsaslarını və fəlsəfəsini məhz Ümummilli Lider müəyyənləşdirib. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin təməlini hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə yaratmışdı. Azərbaycana rəhbərliyinin ilk dönəmində quruculuq missiyasını öz çiyinlərinə götürən Ulu Öndər müstəqillik qazandıqdan sonrakı dövrdə də xilaskarlıq və quruculuq missiyası ilə hakimiyyət sükanının arxasına keçmişdi. Hər iki dövr Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı sayılır. Təsadüfi deyil ki, Azərbaycan təhsilinin yüksəlişinin ilk mərhələsi də məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparılmağa başlandı. Ulu Öndərin qayğısı, diqqəti ilə təhsil sahəsi əhatəli quruculuq yoluna qədəm qoydu. Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü. Dahi rəhbər bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxsaylı məktəb binası tikilərək istifadəyə verilmişdi. Ölkədə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi avadanlıqla təchiz olunması kimi məsələlər daim diqqətdə saxlanılırdı. 1970-1980-ci illərdə ölkədə aparılan genişmiqyaslı məktəb tikintisi ümumi təhsil məktəblərində təhsil şəraitinin yaxşılaşdırılmasına gətirib çıxardı. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması ilə paralel olaraq Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi kimi mühüm addımlar da Azərbaycanın gələcəyi üçün intellektual baza rolunu oynadı. Bu kimi faktlar həmin tarixi dövrün Azərbaycanda elm və təhsilin inkişaf mərhələsi kimi səciyyələndirilməsinə əsas verir.

M.Vəliyeva qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan tarixində yeni bir inkişaf dövrünün əsası qoyuldu. Ümummilli Lider bu dəfə də milli tərəqqinin yolunun təhsildən keçdiyini əsas gətirərək geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılmasını bir vəzifə kimi qarşıya qoydu. “İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır” sözləri ilə Ulu Öndər ümumi təhsil sistemində ciddi islahatlar aparılmasının vacibliyinə diqqəti çəkir. Təhsili millətin gələcəyi adlandıran Ulu Öndərin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Yeni məktəblərin tikintisi və təmiri, yeni dərsliklərin çapı, müəllimlərin əməkhaqlarının artırılması və digər bu kimi təxirəsalınmaz tədbirlər görülməyə başlandı. Xüsusi sərəncamla Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı və təhsil sahəsində İslahat Proqramı təsdiq olundu. Məqsəd Azərbaycan təhsilinin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmasına, dünyanın aparıcı ölkələrinin təhsil sistemi ilə inteqrasiyasına nail olmaq idi. Xüsusi istedadı olan uşaqların seçilərək adlarının “Qızıl kitab”a salınması, ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi, bütün bunlar gənclərin daha əzmlə çalışması, daha mükəmməl bilik və bacarıqlara yiyələnməsi üçün bir stimul oldu. Ölkədə latın qrafikalı əlifbaya keçid Heydər Əliyevin bu islahatlar yönündə atdığı ən böyük addımlardan biri idi. Çünki bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba məsələsi də öz aktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni Ümummilli Liderin qətiyyətli tarixi qərarı həll etdi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı və xüsusilə latın qrafikalı əlifbaya keçid dahi rəhbərin azərbaycançılıq ideologiyasının təzahürü idi. Heydər Əliyev Azərbaycan dili ilə yanaşı, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin strategiyasını formalaşdırdı. Bu gün bu ideologiyanın məktəblərdə aşılanması Azərbaycan təhsilinin qarşıya qoyduğu ən mühüm vəzifələrdəndir.

“2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaratdığı kimi Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında da vəzifələr qoydu. Dahi liderin anadan olmasının 100 illiyi münasibətilə ümumi təhsil müəssisələrində təşkil olunan silsilə tədbirlər, bu qəbildən Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi Ulu Öndərin azərbaycançılıq ideologiyasının gənc nəslə aşılanmasında və təbliğində mühüm əhəmiyyət daşıyır. Bir məqamı heç bir zaman unutmuruq ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mahiyyəti, məna tutumu hər bir Azərbaycan vətəndaşının həyat yolunu, bugünümüzə və gələcəyə baxışlarını müəyyən edir. Ulu Öndərin ideyalarının gerçəkləşməsində Heydər Əliyev Fondunun sistemli fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə çoxşaxəli silsilə layihələrin uğurlu həlli Ümummilli Liderin quruculuq amallarından qaynaqlanır. Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasında, zənginləşməsində xidmətləri əvəzsizdir. Heydər Əliyevin sağlam cəmiyyətin, güclü dövlətin qurulub möhkəmlənməsində son dərəcə vacib amil hesab etdiyi ailə dəyərləri bu gün yetişməkdə olan nəsillər üçün ən parlaq nümunədir. Yeri gəlmişkən, ümumi təhsil müəssisələrində görkəmli oftalmoloq-alim, akademik, Ulu Öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə də onların timsalında ailə dəyərləri gələcəyimiz olan şagirdlərə bir örnək olaraq göstərilir, Ümummilli Liderin ailə həyatı məhəbbətin, ailə müqəddəsliyinin ən gözəl simvolu kimi təbliğ olunur. Bir amil xüsusi vurğulanır ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusunu, qayda-qanunu gözləməyə borcludur. Bir sözlə, bugünkü müstəqilliyimizin bünövrəsini qoyan, onu möhkəmləndirən və gələcəyə ərməğan edən qüdrətli siyasi xadim Heydər Əliyevin fəaliyyəti, ömür yolu və parlaq fəaliyyət örnəyi bundan sonra da nəsillərə nümunə olacaq, sabahımıza işıq salacaq. Əminik ki, təhsilimizin ən böyük hamisi olmuş Heydər Əliyevin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha böyük uğurlara imza atacaq”,- deyə Mehriban Vəliyeva bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib