ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ MOSKVADA QEYD OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü bir çox ölkələrdə, o cümlədən Rusiyada geniş qeyd edilir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş daha bir təntənəli yubiley mərasimi Rusiya Federasiyasının paytaxtında, Kremlin Sütunlu Salonunda keçiriləcəkdir.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, deputatlardan Əli Əhmədov, Elmira Axundova və Mixail Zabelin yubiley tədbirlərində iştirak etmək üçün mayın 13-də Moskva şəhərinə səfərə yola düşmüşlər.
Səfər mayın 16-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]