UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilir
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) martın 12-dən distant dərslərə başlanılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “UNEC Ekstern”dən tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunub. Dərslər 4 dildə aparılır. Gün ərzində 9200 tələbəyə müxtəlif fənlər üzrə dərslər keçiləcək. Ümumilikdə isə 12 min bakalavrın distant təhsilə cəlb olunması nəzərdə tutulur. Martın 20-dək davam edəcək dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.