Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Tapılan Arzular” adlı sosial layihə hazırlanıb
Bakı, 1 iyun, AZƏRTAC
“Təmiz Şəhər” ASC tərəfindən Azərbaycan Mərkəzi Bankı və “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Tapılan Arzular” adlı sosial layihə (https://www.facebook.com/100063510279482/videos/321495733489073) hazırlanıb.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, layihə çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən zibil tullantılarının emalı zamanı aşkar olunmuş metal pullar yığılaraq Mərkəzi Banka təqdim olunub. Həmin pullar Mərkəzi Bank tərəfindən qəbul edilərək dəyişdirilib və dəyəri “Təmiz Şəhər" ASC-yə ödənilib. “Təmiz Şəhər” ASC həmin pula hədiyyələr alaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı ailələrin uşaqlarına təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]