VALİDEYN-MÜƏLLİM ƏMƏKDAŞLIĞINA DAİR I MİLLİ KONFRANS KEÇİRİLƏCƏKDİR
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, konfransda Azərbaycanın 15 məktəbindən seçilmiş VMA-nın təmsilçiləri ilə yanaşı, bütün rayon məktəblərinin direktorları və eləcə də digər ümumtəhsil ocaqlarının nümayəndələri iştirak edəcəklər.
Ümidli Gələcək Gənclər Təşkilatı və Təhsil Nazirliyi 2003-cü ilin aprel ayından başlayaraq, YUNİSEF-in maliyyə dəstəyi əsasında “Valideyn-müəllim assosiasiyalarının yaradılması” adlı layihə həyata keçirir. Layihənin ideyası əvvəllər mövcud olmuş “Valideyn komitələri”nə alternativ yeni strukturun yaradılması və onların real fəaliyyətini sınaqdan keçirməkdir.