Varşavada keçirilən tədbirdə Azərbaycan haqqında məlumat verilib
Varşava, 5 aprel, AZƏRTAC
Varşavada yerləşən Boleslav Prus adına məktəbdə “Qədim Qitənin əfsanə və mifləri” adlı tədbir keçirilib. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, səfir Həsən Həsənov tədbirdə iştirak edən qonaqlara və şagirdlərə Azərbaycan, həmçinin ölkəmizin əfsanə və mifləri haqqında məlumat verib.
Təhsil ocağının polyak dili və ədəbiyyatı müəllimi xanım Yoanna Volfram çıxış edərək qədim zamanlardan mövcud olan Azərbaycan və Polşa əlaqələri haqqında söhbət açıb.
Məktəbdə Azərbaycanın qədim və müasir memarlığına həsr edilmiş “Polyak memarları Bakıda” adlı böyük sərgi də təşkil edilib.
Səfir sərgidə Azərbaycanın qədim və müasir memarlığı, həmçinin XIX-XX əsrlərdə ölkəmizdə fəaliyyət göstərən, Bakının dövlət əhəmiyyətli tikililərinin müəllifləri olan polyak memarlar və onların fəaliyyətləri haqqında danışıb.
Sərgi müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]