Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar Prezidentə yazırlar: Biz hamımız Sizi dəstəkləyir, uzaqgörən siyasətinizə inanırıq

Vətəndaşlar Prezidentə yazırlar: Biz hamımız Sizi dəstəkləyir, uzaqgörən siyasətinizə inanırıq

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları xalqımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarından əlavə bir sıra xarici ölkələrin vətəndaşları da dövlətimizin başçısına məktublar ünvanlayırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Ədirnə şəhərindən Rəcəb Gürkan, Səlcuq Çakır, Mehmet Çapoğlu, Necameddin Attay və İsmayıl Dəmirxan dövlətimizin başçısına yazırlar: “Cənab Ali Baş Komandan, Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi və beynəlxalq hüququ pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağır silahlarla hədəf alan hücumlarını qınayırıq.

Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistan bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini dəstəkləyirik.

30 ildir ki, Qarabağ Ermənistanın işğalı altındadır. Biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq bu haqsız işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Lakin görünən odur ki, Azərbaycanın sülh siyasəti birtərəflidir.

Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistanın işğalından və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvət edirik. Bu münasibətlə Bələdiyyə məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazilərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq”.

Tovuz sakini Kamran Əliyev: “Hörmətli cənab Prezident, göstərdiyiniz qətiyyət və cəsarətə, Azərbaycan xalqının yolunda fədakar əməyinizə görə Sizə dərin minnətdarlığımızı və sevgimizi bildiririk. Rəhbərlik etdiyiniz bir ölkədə yaşamağımızdan qürur duyuruq. Bilirik ki, indiki dövr Sizin üçün qayğılı vaxtdır, amma böyükdən kiçiyə hamımız, bütün vətəndaşlarımız Sizinlə bir olduğumuzu diqqətinizə çatdırmaq istəyirik.

Zəbt edilmiş torpaqlarımızın qaytarılmasını 30 ildir ki, gözləyirdik və indi şərəfli bir yoldayıq. Xalq bu mübarizədə sonadək Sizinlədir. İnşallah, qələbəmizi sona çatdıracağıq. Bütün dualarımız Sizinlə və qəhrəman əsgərlərimizlədir”.

Sumqayıt şəhərindən Nadir İsmayılov yazır: “Hörmətli cənab Prezident, mən keçən əsrin sonlarında erməni vəhşiliyinin törətdiyi hadisələrin canlı şahidiyəm. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək bu vəhşiliyin qarşısının alınmasında əməyim olub. Yaralanıb əlil olsam da, işğal altındakı torpaqları geri qaytarmaq üçün düşmənlə yenidən vuruşmaq əmrini illərdi gözləmişəm və bu imkanı bizə verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən buna çox sevinirəm, Allah Sizdən razı olsun. Hər an döyüşə getməyə hazır olduğumu Sizə bildirmək istəyirəm.

Cənab Ali Baş Komandan, göydə Allah, yerdə Sizin komandanlığınızla bizim mərd, igid övladlarımız, qardaşlarımız yaxın günlərdə Azərbaycanımızın üçrəngli bayrağını döyünən ürəyimiz olan Xankəndinin, Şuşanın ən hündür yerlərində dalğalandıracaqlar və Vətənimizin yağı düşməndən azad olub rahat və dərin nəfəs almasını görəcəyik. Çox sağ olun, cənab Prezident. Allah Sizə yar olsun”.

Astara sakini Məmmədsəfa Cəbiyev: “Möhtərəm cənab Prezident, Siz Azərbaycan tarixində heç bir zaman silinməyəcək tarix yazdınız. O tarix ki, o zirvəni Sizə qədər heç kim fəth etməmişdir. Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində doğma torpaqlarımıza olan 30 illik həsrətimizə bu günlərdə son qoyulmaqdadır. Ata-baba yurdumuzun hər qarışını şanlı Ordumuzun zəfərləri nəticəsində özümüzə qaytarır, illərdir işğal altında olan torpaqlarımızda milli bayrağımızı ucaldırıq. Bu tarixi məqamları göydə Allah, yerdə Siz bizə bəxş etdiniz, möhtərəm cənab Prezident. Siz həyatda ikən xalqımızın mənəvi atası adını qazandınız. Biz hamımız Sizin arxanızdayıq.

Yaşasın Azərbaycan Prezidenti!

Qarabağ Azərbaycandır!”.

Qəbələdən Məhəbbət Rüstəmova yazır: “Möhtərəm cənab Prezident, doğma Azərbaycanın gözəl guşəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları zorla mənimsəyən mənfur düşmənin 30 ildir ki, işğalı altında olan torpaqlarımızın sülh yolu ilə qaytarılması üçün Siz əlinizdən gələni əsirgəmədiniz. Biz bunun canlı şahidləriyik. Lakin düşmənin fikri sülh deyil, müqəddəs torpaqlarımızı bizə unutdurmaq istəyi idi.

Sentyabrın 27-də ordumuzun əks-hücuma keçməsi barədə əmrinizi böyük sevinclə qarşıladıq. Məktəbimizin şagirdləri belə orduya yazılmaq, könüllü vuruşmağa hazırdırlar.

Müharibə gedən bu günlərimizdə Siz Azərbaycan xalqının cəsarətli lideri olduğunuzu bir daha sübut etdiniz. Sizin kimi güclü, müdrik, böyük siyasətçi, öz xalqını sevən Prezidentimiz olduğuna görə biz Allahdan çox razıyıq. Ordumuzun əldə etdiyi nailiyyətlər Sizin apardığınız uzaqgörən daxili və xarici siyasətdən irəli gəlir. Azərbaycan xalqı Sizə arxalanır.

Allah Azərbaycan Prezidentini, Ordumuzu, xalqımızı qorusun. Amin.

Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Şəmilə Məmmədova: “Cənab Ali Baş Komandan, Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar bir şəhid ailəsi kimi məni də qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarixə yazılacaq, əsrlər boyu öyrəniləcək. Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız Sizin siyasətiniz, ordumuzun gücü və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik.

Əziz Prezidentimiz, biz Sizə inanırıq, Sizinlə birlikdəyik. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun”.

Gəncə şəhərinin sakini Ramil Əliyev: “Cənab Ali Baş Komandan, Gəncə şəhər sakinləri, təhsil işçiləri Sizin apardığınız bu siyasət yolunu dəstəkləyir, hər zaman Sizə güvənirlər. Sizin və ordumuzun sayəsində, İnşallah, torpaqlarımızı azad edəcəyik. Biz buna inanırıq. Allah Sizi və ordumuzu qorusun. Hər zaman Sizinləyik. Qarabağ Azərbaycandır!”.

Hacıqabul sakini Mehman Əmiraslanovun məktubunda deyilir: “Cənab Ali Baş Komandan, Azərbaycan torpaqlarının mənfur düşmənlərimizdən azad olunması yolunda uzun illər apardığınız xarici və daxili siyasətin nəticəsi olaraq atdığınız addımları bütün xalqımız kimi, bir təhsil işçisi olaraq mən də tam dəstəkləyirəm. Hamımızda dərin inam var ki, çox keçməz, ay-ulduzlu üçrəngli bayrağımız Sizin komandanlığınızla şanlı ordumuzun sayəsində xalqımızın yenilməzlik, məğrurluq simvolu olan Şuşada dalğalanar. Bir tarix müəllimi kimi şagirdlərimə bu günlərdə Sizin sayənizdə yazılan Azərbaycanın qəhrəmanlıq tarixi haqqında danışmağı, məlumat verməyi özüm üçün ən şərəfli iş hesab edirəm. Uğurlar, cənab Ali Baş Komandan. Qarabağ Azərbaycandır!”.

Lənkəran sakini Günəş Əliyeva: “Hörmətli cənab Ali Baş Komandan, uzun illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi işğal altındadır. 27 ildən sonra doğma torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz əmr bütün azərbaycanlılar kimi mənim də ürəyimcədir. Hər birimiz Sizin aldığınız qərarları dəstəkləyir və yanınızda olduğumuzu demək istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda Allah köməyimiz olsun. Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan əsgəri! Yaşasın cənab Ali Baş Komandan!”.

Cəbrayıl sakini Tərxan Xudiyev: “Cənab Ali Baş Komandan, Sizin uğurlu siyasətiniz və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində 27 illik işğaldan azad olunan, 218 təsərrüfatı, 805 sakini olan Quycaq kəndinin əhalisi adından yazıram.

Quycaq kəndi Qarabağın gözəl bir guşəsində yerləşmiş və ənənələri olan bir kənddir. Erməni işğalına qədər orada 170 ev və 700 sakin olub. Quycaq kənd orta məktəbi 34 nəfər professor və elmlər namizədi yetişdirib. Birinci Qarabağ müharibəsində kəndimiz dörd şəhid verib. Bu gün də müzəffər Azərbaycan Ordusunun sıralarında onlarla quycaqlı gənc Vətən uğrunda döyüşlərdədir.

Cənab Prezident, bu illər ərzində Vətən həsrətinə dözə bilməyib dünyasını dəyişənlərin sayı çoxdur. Siz Quycaq kəndinin işğaldan azad olunduğunu elan etdiyiniz an bütün kənd sakinlərini xoşbəxt etdiniz. Həmin gün dünyadan köçmüş Quycaq sakinlərinin ruhları da şad oldu.

Cənab Ali Baş Komandan, bu gün ayaqda olan 805 nəfər Quycaq sakini Sizin Ordunuzdur. Ağsaqqalından körpəsinə kimi hər bir Quycaqlı Ulu Öndərin və Sizin heykəlinizi artıq çoxdan qəlblərində ucaltmışlar.

Biz hamımız hər an Sizin bir əmrinizlə Azərbaycan Ordusunun ön cərgələrində yerimizi tutmağa hazırıq. Quycaq camaatı iki hadisənin intizarındadır: Uca bayrağımızın Şuşada dalğalanmasının və cənab Ali Baş Komandanın müzəffər bir Ordu rəhbəri kimi Azərbaycanın Milli Qəhrəmanı elan edilməsinin”.

Qəbələ sakini Reyhanə Qəribova: “Cənab Ali Baş Komandan, son günlər ölkəmizdə baş verən hadisələr məni çox qürurlandırır. Sizin göstərişinizlə Ordumuz itirilmiş torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edir. Bu münasibətlə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Arzu edirəm ki, şanlı Ordumuz mənfur düşmənin əlində olan bütün torpaqlarımızı geri qaytarsın, hər bir məcburi köçkün soydaşımız dədə-baba yurdlarına qayıtsınlar.

Cənab Prezident, biz hamımız Sizi dəstəkləyir, Sizin uzaqgörən siyasətinizə inanırıq. İnanırıq ki, ən yaxın zamanda qələbə sevincini xalqa məhz Siz çatdıracaqsınız. Allah Sizi və əsgərlərimizi qorusun!

Yaşasın Azərbaycan, yaşasın Qarabağ!

Qarabağ Azərbaycandır!”.

Biləsuvar sakini İlqar Quliyevin məktubunda deyilir: “Cənab Ali Baş Komandan, biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, belə bir güclü Ordumuz var və hər gün yeni-yeni qalibiyyətlərə imza atır. Mənim qardaşım hazırda cəbhə xəttindədir. Özüm də könüllü gedib əsgər qardaşlarımla çiyin-çiyinə vuruşmaq şərəfinə nail olmaq istəyirəm.

Mənfur düşməni torpaqlarımızdan qovub çıxaracağımız, erməni faşistləri üzərində zəfər çalacağımız gün çox yaxındır. Bu zəfərin Sizin dilinizdən qürurla dünyaya elan ediləcəyi günü səbirsizliklə gözləyirik.

Ulu Tanrı Sizə, komandanlığınızla vuruşan mərd igidlərimizə yar olsun!”.

Bakı şəhər sakini Nuridə Babaşova: “Hörmətli cənab Prezident, Sizi salamlayır və Azərbaycanımızın yaralı yeri olan Qarabağımızın bəzi hissələrinin işğaldan azad edilməsinə görə minnətdarlıq edirəm. Allah Sizi qorusun. Biz daim Sizə güvənmişik və bu güvənimiz heç zaman boşa getməmişdir.

Bir azərbaycanlı qadın kimi son damla qanıma qədər vuruşmağa belə hazıram. Qarabağ bizimdir, bizim olacaq! Şəhidlərin qanı yerdə qalmayacaq. Şəhidlərimizin ailələrinə başsağlığı verirəm, valideynlərinin əllərindən öpürəm. Övladlarını isə bağrıma basaraq, Azərbaycan xalqına qələbə arzulayıram”.

Abşeron rayonunun sakini Turəxanım Qasımova: “Zati-aliləri, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə 30 illik həsrətə son qoyulur. Azərbaycan öz dədə-baba torpaqlarına qovuşur. Sevincimizin həddi-hüdudu yoxdur!

Yeni Azərbaycan Partiyası yaradılanda onun sıralarına daxil olmuş, ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldiyi zaman onu hava limanında qarşılayan ilk partiya üzvlərindən biri olmuşam. Bizim xalq olaraq bəxtimiz onda gətirib ki, tarixin ən çətin sınağında Heydər Əliyev kimi dühanı Tanrı xilasımıza yetirdi. Siz isə onun böyük siyasətini davam etdirərək ölkəmizin firavanlığını, əzəli torpaqlara böyük qayıdışımızı təmin edirsiniz.

Dünya Azərbaycan dövlətinin öz sözünün, haqqının sahibi olduğunu gördü. Şükürlər olsun ki, bizlər də bu tarixi anın şahidinə çevrilə bildik.

Azərbaycan xalqı bu gün hamılıqla Sizin yanınızdadır. Tanrı xalqımızı qorusun.

Var olun, Ali Baş Komandan!”.

Cəbrayıl sakini Təranə Kərimova yazır: “Hörmətli Ali Baş Komandan, bu günlər zəfər günüdür, biz şəhid analarının ürəyinə su səpilən gündür. İnanıram ki, şəhidlərimizin qisası alınacaq.

Mən şəhid Qəhrəmanov Ruhin Əşrəf oğlunun anasıyam, hazırda həyat yoldaşım və digər oğlum da döyüşlərdədi. Mən Sizə və qəhrəman əsgərlərimizə inanıram.

Tezliklə şanlı bayrağımızın Şuşada, Cıdır düzündə dalğalanacağına inanıram.

Bütün şəhid anaları adından Sizə və əsgərlərimizə minnətdaram. Allah Sizləri və əsgərlərimizi qorusun”.

Abşeron rayon sakini Kəmalə Quluyeva: “Hörmətli Prezident, mən Laçın rayonundan məcburi köçkünəm. Düşmən tapdağı altında olan doğma torpaqlarımız azad edildikcə qəlbim dağa dönür.

Allah Sizə cansağlığı versin, cənab Ali Baş Komandan. İnşallah, tezliklə qəhrəman əsgərlərimiz Azərbaycan bayrağını Laçında ucaldar. Mənim üçün bu, çox böyük sevinc olar.

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır