Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizin qətiyyətiniz hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur

Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizin qətiyyətiniz hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarından əlavə bir sıra xarici ölkələrin vətəndaşları da dövlətimizin başçısına məktublar ünvanlayırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Türkiyənin İstanbul şəhərindən Mümin Kıvanc yazır: “Hörmətli cənab Prezident, uzun illərdir özümə Vətən bildiyim, burada ailə qurduğum Azərbaycanla və övladlığa götürdüyüm balamın qürurla daşıdığı Azərbaycan Respublikasının pasportu ilə qürur duyuram. Bu hisslər üçün Sizə minnətdarlıq edirəm. Bilmənizi istəyirəm ki, Sizin rəhbərliyinizlə bütün Azərbaycan xalqı bu günlərdə Vətənimiz Qarabağ uğrunda mücadilə aparır. Bizi özündən ayrı görməyən böyük Azərbaycan xalqının qonaqpərvərliyi və əbədi qardaşlığımız naminə əlimdən, ürəyimdən gələn hər bir köməyi Sizə və Azərbaycan xalqına verməyə hazırıq. Allah bu işdə Azərbaycan Ordusuna kömək olsun. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”.

Ankara şəhərindən Rövşən Bərduxanov yazır: “Möhtərəm cənab Prezident, dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən və Yüksək Hərbi Texnologiyalara sahib olan “FDl GROUP” şirkəti olaraq, ilk növbədə, Sizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq erməni faşistlərinə qarşı apardığınız mübarizəsini dəstəkləyir, Qarabağ uğrunda başladığınız uğurlu əməliyyatları davam etdirməyinizi arzulayır və Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına inanırıq. Biz “FDl GROUP” şirkəti olaraq bütün potensialımız və texnoloji imkanlarımızla Şanlı Ordumuzun yanında olmaqdan və Azərbaycan xalqı ilə bərabər erməni qəsbkarlarından şəhid qardaşlarımızın intiqamını almaqdan şərəf duyardıq. Cənab Ali Baş Komandan, Sizin əmrinizdəyik və hər zaman Sizin yanınızda olmağa hazırıq. Allah Sizi və Azərbaycan xalqını qorusun. Xalq Sizinlədir və zəfər Sizinlədir. Biz, Türkiyədə yaşayan azərbaycanlılar və böyük Türk xalqı həmişə Sizin yanınızdayıq”.

Rusiyanın Sankt-Peterburq şəhərindən Eldar Əliyev, Natəvan Əliyeva, Səbinə Əliyeva və Toğrul Əliyev yazırlar: “Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun qələbələri, həmçinin Cəbrayıl şəhərinin və ətraf kəndlərin azad edilməsi münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. İnanırıq ki, Sizin komandanlığınız altında tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır. Yaşasın Azərbaycan! Var olsun Ali Baş Komandanımız və onun rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu! Qarabağ Azərbaycandır!”.

Sumqayıt şəhərindən Yekaterina Məmmədova: “Çox hörmətli cənab Prezident, Sizin torpaqlarımız uğrunda apardığınız bu əzmkar mübarizəni uzun illərdir Azərbaycanda yaşayan rus xalqının bir nümayəndəsi kimi sonadək dəstəkləyəcəyəm. Otuz ildir yağı düşmənin əsarətində olan torpaqların tezliklə azad edilməsini səbirsizliklə gözləyirəm. Cənab Ali Baş Komandan, Sizin və Ordumuzun əməyi, davamlı səyləri nəticəsində hər gün yeni qələbə xəbərləri alırıq. Fəxr edirəm ki, belə əzmli Ali Baş Komandanımız və yenilməz ordumuz var. Bu tarixi günləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident, ürəyim bütün Azərbaycan Ordusu ilə bir döyünür. Bütün əsgər analarının ağrısı mənim də ağrımdır, sevinci mənim də sevincimdir. Əziz Prezidentim, mən Sizinlə fəxr edirəm. Qoy, Ulu Tanrı bu haqq yolunda Sizi və Azərbaycan xalqını qorusun!”.

Bakı şəhərindən Hədiyyə Balacayeva: “Çox hörmətli cənab Prezident, bizim ailəmiz dəfələrlə doğma yurd-yuvasından köçkün düşüb. Keçən əsrin ortalarında Dərələyəz mahalından, 1993-cü ildə isə Kəlbəcər rayonundan məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Sizin hazırkı mövqeyiniz bizim ailə tərəfindən dərin rəğbətlə qarşılanıb. Sizin düzgün siyasətiniz həm dünya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Sizin tutduğunuz bu haqq yolunda Allah Sizə yar olsun. Öz adımdan və ailəmiz adından Sizin apardığınız bu haqq işini dəstəkləyirəm. Cənab Prezident, mən 2018-ci il Məkkə şəhərində Ümrə ziyarətində olarkən Sizin şəklinizi aparıb Allah evinin üzərinə qoyub dualar etmişdim. İnşallah ki, mənim dualarım qəbul olar. Allah Sizi qorusun. Allah ailənizi qorusun. Allah bu işdə Sizə yardımçı olsun. Azərbaycan bayrağı tezliklə işğaldan azad olunmuş torpaqlarda dalğalansın!”.

Biləsuvar rayonundan Rəşad Qasımov: “Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində atəşkəs rejiminə nail olmaqla, ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən demokratik islahatlar Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması ilə yanaşı, dünya siyasi arenasında da öz sözünü deyən ölkəyə çevrilməsinə zəmin yaratdı. Beləliklə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin təmin olunmasına və sosial-iqtisadi tərəqqisinə nail olduq. Ulu öndər Heydər Əliyevin Azərbaycanın xarici siyasət kursunda ciddi dəyişikliklər etməsi, Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-Rusiya, Azərbaycan-ABŞ tərəfdaşlığı Azərbaycanın digər dünya dövlətləri ilə münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlamasına təkan verdi. Sağlam təməllər üzərində qurulmuş ikitərəfli əməkdaşlıq əlaqələri bu ölkələr arasında münasibətləri inkişaf etdirdi. Hazırda Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqidir. Azərbaycan-Türkiyə münasibətləri bölgədə və dünyada sülhün bərqərar olması, təhlükəsizliyin təmin edilməsi işinə öz töhfəsini verir. Möhtərəm cənab Prezident, yüksək beynəlxalq nüfuza malik, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Sizin apardığınız rasional və balanslaşdırılmış xarici siyasət nəticəsində BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Sizin Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə ölkəmiz qlobal informasiya məkanında mövqeyini möhkəmləndirmiş, erməni diasporunun, lobbisinin, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya müharibəsinə fəal müqavimət göstərmiş, hətta son dövrlərdə tam üstünlüyü ələ almışdır. Ölkəmizin beynəlxalq nüfuzunun artması isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə imkanlar yaradır. Möhtərəm cənab Prezident, bu il sentyabrın 27-dən erməni separatçılarının Azərbaycan Ordusunu və mülki şəxsləri hədəfə alması, danışıqlar prosesini yenidən pozması qarşılığında erməni vandallarına dərs verərək, torpaqlarımızı işğaldan azad etmək qərarınız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Xalqımızın övladları Vətən yolunda canlarından keçməyə hazırdırlar. Şəxsən mən özüm də erməni vandalları ilə vuruşmağa hazıram. Bu uğurlu yolda hər zaman, son damla qanımıza kimi Sizin yanınızdayıq. Siz çox gözəl qeyd etdiniz ki, geriyə yol yoxdur. 30 il biz onlara şans verdik, artıq bəsdir. Sizin “Rossiya-1” telekanalına verdiyiniz müsahibədə çox sərrast və düzgün mövqe tutmağınız bütün dünyanın gözü qarşısında erməni tərəfinin haqsız olduğunu açıq-aydın göstərdi. Cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda Sizə və Ali Baş Komandanı olduğunuz şanlı Ordumuza yeni uğurlar diləyirik. Şəhidlərin qanı yerdə qalmayacaq, Milli Ordumuz Sizin komandanlığınızla onların qisasını alacaq. Yaşasın Azərbaycan! Yaşasın İlham Heydər oğlu Əliyev!”.

Qəbələ rayonundan Ayvver Nasibov: “Hörmətli cənab Prezident, Cəbrayıl şəhərinin erməni işğalçılardan azad olunması münasibətilə Sizi və bütün Azərbaycan xalqını Udi xalqı adından ürəkdən təbrik edirəm. Arzu edirik və inanırıq ki, bütün Qarabağı azad edəcəyik. Azərbaycanda yaşayan azsaylı xalqlar və milli azlıqlar bir ailə kimi, tolerantlıq şəraitində yaşayırlar. Necə deyərlər, bir-birlərinə can deyib, can eşidirlər. Bütün dünya da bunu görür və Azərbaycanı tolerant, multikultural dəyərlərə sahib olan bir ölkə kimi tanıyır. Bircə bu bədnam qonşularımız ermənilərlə yola gedə bilmirik. Çünki, onların niyyətləri məkrlidir. Həmişə kiminsə varına, mülkünə, torpağına göz dikiblər. Belələrini torpaqlarımızdan qovub çıxarsaq yaxşıdır. Cənab Prezident, Sizə Qarabağ Qələbəsi arzulayıram”.

Qazax rayonunun sakini Söylü Xəlilova: “Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan, bütün xalqımız kimi, biz - Qazax rayonu Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi də Sizin qətiyyətli rəhbərliyinizlə rəşadətli Azərbaycan əsgərlərinin qazandığı uğurlarla fəxr edirik. Sizə sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin əzmkar komandanlığınız, Azərbaycan Ordusunun dönməz iradəsi, igidliyi və şücaəti sayəsində yaxın günlərdə ən böyük qələbəyə nail olacağıq. Tanrı Sizi qorusun”.

Ağcabədi rayonundan Çingiz Hüseynov: “Hörmətli cənab Prezident, Siz dünyanın ən savadlı, ən vətənpərvər və uzaqgörən dövlət başçısısınız. Mən Sizə bütün ağcabədililər adından təşəkkür edirəm. Düşmənin son günlər ağır artilleriya hücumuna biz ağcabədililər də məruz qalmışıq. Lakin bu, bizi qorxutmur, çünki arxamızda Sizin kimi mərd, qürurlu sərkərdə, sərhədimizdə heç nədən çəkinməyən, mətin, qəlbi Vətən eşqi ilə döyünən cəsur igidlərimiz var. Sizə cansağlığı arzu edirəm. Allah Ordumuzu qorusun. Allah Sizi və bütün türk millətini qorusun. Türkün türkdən başqa dostu yoxdur”.

Bakı şəhərinin sakini Vidadi Xəlilov: “Hörmətli cənab Prezident, qədim və zəngin tarixi, görkəmli elm və dövlət xadimləri ilə tanınan Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə əlaqədar cəbrayıllılara, bütövlükdə xalqımıza müraciətiniz, təbrikiniz məni, ailəmi, qohumlarımı və dostlarımı qəlbən sevindirdi. Çox sağ olun. Əzminiz, qüdrətiniz var olsun. Allah Azərbaycan xalqına böyük Qələbənin sevincini yaşamağı nəsib etsin. Allah Sizi qorusun”.

Naxçıvandan Şölə Süleymanova: “Xalqının məğrur, igid və əvəzolunmaz Ali Baş Komandanı, Sizin bu şücaətiniz qarşısında bütün varlığımızla ehtiramımızı bildiririk. Siz bir qəhrəmanlıq tarixi yazırsınız. Ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu şad eləyirsiniz. Qələbə sevinci əsrlərboyu Azərbaycan xalqının ürəyində yaşayacaq silinməz izlər qoydu. Azərbaycan xalqına Sizin kimi parlaq bir günəş bəxş etdiyi üçün Ulu Öndərimizin yeri cənnət olsun. Biz Sizinlə öyünməyə haqlıyıq. Bütün varlığımızla Sizə bağlıyıq. Var olun. Allah Sizi düşmən fitnəsindən, bədnəzərdən qorusun”.

Sumqayıt şəhərindən Əvəz Həsənov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ordumuzun apardığı uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın müəyyən bir hissəsi işğaldan azad olunub. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirik. Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. İnanırıq ki, rəşadətli ordumuz Sizin rəhbərliyinizlə tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Hörmətli cənab Prezident, Qubadlı rayonundan olan məcburi köçkünlər Sizin xarici və daxili siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşir. Xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə yeni uğurlar arzulayırıq. Ulu Tanrı Sizi və ailənizi qorusun”.

Oğuz rayonundan İlqar Çələbiyev: “Möhtərəm cənab Prezident, bütün Azərbaycan xalqı kimi, mən də Sizinlə fəxr edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Sizin apardığınız uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik. Siz bizim qürur mənbəyimizsiniz. Azərbaycan Ordusunun nail olduğu qələbələri bizlərə çatdıran zaman, gözlərinizdəki o sevinci görmək bizin üçün əvəzolunmaz bir duyğudur. Allah Sizin gözlərinizdən o sevinci heç zaman əksik etməsin. Mən və ailəm Sizə bu haqq yolunda yeni böyük uğurlar arzu edirik”.

Bakı sakini Sevda Həşimova: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qüdrətli ordumuzun qəhrəmanlığı ilə son günlər işğal altında olan doğma torpaqlarımızın bir hissəsinin mənfur düşməndən azad edilməsi xəbərləri bizdə qürur hissi yaradır. Buna görə Sizə minnətdarıq və bu haqq yolunda bütün Azərbaycan xalqı Sizin arxanızdadır. İnanırıq ki, çox tezliklə Sizdən Şuşanın azad olunması xəbərini eşidəcəyik. Sizə və bütün xalqımıza Qələbə əzmi yaşamağı arzu edirəm. Allah Sizi və ailənizi qorusun. Var olun, cənab Ali Baş Komandan!”.

Şəmkirdən İlkin Musayev: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Valday forumunda səsləndirdiyiniz “Qarabağ Azərbaycandır!” kəlməsi bu gün bir daha müzəffər Ordumuz tərəfindən öz təsdiqini tapmaqdadır. İşğal olunmuş ərazilərimizin erməni quldurlarından ard-arda təmizlənməsi Sizin məqsədyönlü və uzaqgörən siyasətinizin nəticəsidir. Cənab Ali Baş Komandan, Sizi əmin etmək istəyirəm ki, biz şəmkirli gənclər Ordumuzun qələbələrindən ruhlanaraq, hər an döyüşə hazırıq. Yaşasın Müstəqil Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan!”.

Füzulidən Məhərrəm Orucovun məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, uzun illərdir ki, erməni qəsbkarlarının torpaqlarımızı işğal altında saxlaması xalqımızın, eləcə də Azərbaycan hökumətinin səbir kasasını doldurmuşdur. Son günlər işğal altında olan ərazilərimizin geri qaytarılması və beləliklə, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində apardığınız daxili və xarici siyasəti dəstəkləyir və alqışlayıram. Hər an qələbə müjdəsi gözləyirəm. Bu gün, demək olar ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Sizin ətrafınızda sıx birləşib. Seçdiyiniz yol haqq yoludur. Ən qısa zamanda Qarabağın azad olunması xəbərini gözləyirik. Siz xalqımızın qürur mənbəyisiniz. Allah Sizi qorusun”.

Gəncə şəhərindən Səbinə Əlizadə: “Əziz Prezidentim cənab İlham Əliyev, Sizi və müzəffər ordumuzu zəfərlər münasibətilə təbrik edir, bununla bağlı çox böyük minnətdarlığımı çatdırıram. Eşitdiyim hər zəfər xəbəri, inanın ki, məni sanki, göylərə qaldırır. Suqovuşanın qayıdışı, Cəbrayılın 27 illik həsrətinin sonu gələcək uğurlarımızın müjdəçisidir. Tarix hər zaman igidlər və ərənlər yetişdirir. Hansı igidlər ki, onlar, sözün əsl mənasında, tarix yazırlar. Siz, əziz Prezidentim, bu gün Türkün şanlı tarixini yazırsınız. Qoy, Tanrı Sizi və səngərdə olan igidlərimizi qorusun. Qafqazın incisi Qarabağımıza qayıdışa doğru, İnşallah. Biz Sizə və aslan ürəkli igidlərimizə güvənirik və inanırıq. Tanrı Sizləri qorusun”.

Zaqataladan Səfər Ramazanov: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı qəhrəman xalqdır. Xalqımız Sizin kimi vətənpərvər övladlar yetişdirib. Sizin qətiyyətiniz hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur. Bu gün hər birimiz torpağımızın bütövlüyü uğrunda canımızdan belə keçməyə hazırıq. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu zəfər çalacaq, üçrəngli bayrağımızı doğma Qarabağımızda dalğalandıracaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Göyçaydan Orxan Aslanov: “Möhtərəm cənab Prezident, torpaqlarımızın geri qaytarılması üçün apardığınız uğurlu siyasətə görə Sizə Göyçay gəncləri adından böyük minnətdarlığımı bildirirəm. Cənab Prezident, bir neçə gündür ki, işğal altında olan torpaqlarımızın azad edilməsi xəbərini alır və qürur hissi keçiririk. Ümid edirik ki, şanlı ordumuz mənfur düşmən üzərində qələbə çalacaq və işğal olunmuş torpaqlarımız geri qaytarılacaq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!”.

Cəbrayıl sakini Səbuhi Hüseynov: “Hörmətli cənab Prezident, Sizə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxsaylı üzvləri və Cəbrayıl rayon sakinləri adından dərin minnətdarlığımızı bildirir və təbriklərimizi çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü, sözün əsl mənasında, qorunur və torpaqlarımız düşmən tapdağından azad olunur. Məhz bu münasibətlə Siz başda olmaqla, bütün əsgər və zabitlərimizə cansağlığı, möhkəm iradə və xalqımıza qələbə sevinci bəxş edəcək bir yürüş, qalibiyyət arzulayırıq. Fəxr edirik ki, Sizin kimi dövlət başçımız var və gələcəyimiz etibarlı əllərdədir. Bir daha Sizi Vətən uğrunda canını və sağlamlığını qurban verən müharibə əlilləri adından təbrik edirik. İnşallah, Sizinlə Cəbrayılda görüşüb, ayağınız altında qurban kəsərik. Tanrı Sizi qorusun”.

Şamaxıdan Əlixan Babayev: “Möhtərəm cənab Prezident, ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı qələbələr xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Azərbaycan Ordusuna torpaqlarımızın azad olunması barədə əmr verdiyinizə görə Sizə təşəkkür edirəm. İnanırıq ki, Sizin rəhbərliyiniz altında tezliklə Azərbaycan Ordusu üçrəngli bayrağımızı doğma Qarabağımızın hər bir guşəsində dalğalandıracaq. Allah Sizi və xalqımızı qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-ə yaxın husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib