Vəzifəli şəxs ağac kəsdiyi üçün cərimələndi
Bakı, 22 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Binəqədi rayonunun Mir Cəlal küçəsi, 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı fevralın 20-də şikayət daxil olub. Şikayət ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı həmin ünvanda 3 ədəd şam ağacının Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon yaşıllaşdırma sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq sahə rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6 min manat məbləğində cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]