VİKTOR YANUKOVİÇ UKRAYNANIN BAŞ NAZİRİ SEÇİLDİ
Ukrayna Prezidenti Viktor Yuşşenko Yanukoviçin bu vəzifəyə təyin olunması haqqında müvafiq fərmanı elə parlamentin iclasındaca imzalamışdır.
Beləliklə, Viktor Yanukoviç Ukraynanın dövlət müstəqilliyinə qovuşduğu 15 il ərzində 15-ci Baş nazir olmuşdur.
Yanukoviç Belarusun Yanukoviçi kəndində doğulmuşdur. O, öz bioqrafiyasında gizlətmir ki, 1968-ci ildə mühakimə edilmiş və yetkinlik yaşına çatmayanlar üçün koloniyaya göndərilmişdi. Yanukoviç 1959-cu ildə Yenakiyevo metallurgiya zavodunun qaz sexində işləməyə göndərilmişdir. 1970-ci ildə yenidən mühakimə olunmuş, lakin bəraət almışdır. 1974-1980-ci illərdə Donetsk Politexnik İnstitutunda oxumuşdur. 1982-ci ildə Yenakiyevo şəhərinin Karl Marks rayon sovetinin deputatı seçilmişdir. O vaxtlar Yanukoviç “Orconikidzekömür” İstehsalat Birliyi avtomobil bazasının direktoru işləyirdi.
1996-cı ildə Donetsk vilayət soveti sədrinin müavini olmuş, 1997-ci ildə vilayətin qubernatoru təyin edilmişdr. O, eyni zamanda vilayət sovetinin deputatı olmuş və 1999-2001-ci illərdə əvəzçiliklə Donetsk vilayət sovetinin başçısı işləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]