“Virtual ingilis dili təhsil proqramı”nın açılış vebinarı keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün elan etdiyi ödənişsiz “Virtual ingilis dili təhsil proqramı”nın açılış vebinarı keçirilib.
Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib. Vebinarda fondun əməkdaşları, layihənin tərəfdaşı olan ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə məsul əməkdaşları, dərsləri tədris edəcək təlimçi Con Krosetti və proqrama seçilmiş tələbələr iştirak ediblər.
Vebinarda çıxış edən fondun əməkdaşı Aysel Həsənova layihənin məqsədinin təhsil tələbə kreditlərindən yararlanan tələbələrin, xüsusən regionlarda təhsil alan və sosial növ təhsil tələbə kreditindən yararlanmış tələbələrin ingilis dili bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldiyini söyləyib. Ödənişsiz olaraq keçirilən ingilis dili kurslarına seçilmiş 125 nəfər tələbə 3 ay müddətində ümumi ingilis dili, akademik ingilis dili və IT-biznes ingilis dili sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]