“Virtual məmləkətim” layihəsinin təqdimatı olmuşdur
Bakı, 5 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Turizm İnstitutu tələbə gənclər təşkilatının birgə dəstəyi ilə “Virtual məmləkətim” adlı layihənin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, on beş gənci bir araya gətirən layihənin təqdimat mərasimində çıxış edənlər bildirmişlər ki, layihənin məqsədi gənclərin turizmə maraqlarını artırmaq, xüsusilə də ölkəmizin turizm imkanlarının dünya ölkələrinə tanıdılması üçün informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə edərək onları bu işə cəlb etməkdir.
Layihənin iştirakçıları üçün ilkin olaraq bloq təlimləri keçiriləcəkdir. Sonrakı mərhələdə hər bir iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə fəaliyyət göstərən bloq yaradaraq topladıqları məlumatları burada yerləşdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]