Vo Van Txıonq: Vyetnam Azərbaycanın əldə etdiyi nailiyyətləri həmişə maraqla izləyir
Bakı, 13 iyun, AZƏRTAC
Vyetnam Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi, ölkənin inkişafı və beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində xalqınızın əldə etdiyi nailiyyətləri həmişə maraqla izləyir və onlarla fəxr edir.
AZƏRTAC xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Məktubda deyilir: “Vyetnam ilə Azərbaycanın regionda və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə kömək edən ənənəvi dostluğun, çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam. Əminəm ki, Vyetnamla Azərbaycan bu əsasda ölkələrimizin və xalqlarımızın tərəqqisi, rifahı, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığı genişləndirəcəkdir”.
Vyetnam Prezidenti Azərbaycan Respublikasına tərəqqi, Azərbaycan xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]