V.ŞUKİN: BAZARLARDA QAYDA-QANUN YARATMAQ LAZIMDIR, LAKİN BU, KAMPANİYAÇILIQ XARAKTERİ DAŞIMAMALIDIR
V.Şukin demişdir: “Biz milli mənsubiyyətindən asılı olmadan ümumi iş görürük. Bazarlarda qanunsuz surətdə haqq verən adamlar qayda-qanun yaradılmasında və bu məsələnin yoluna qoyulmasında ilk növbədə maraqlı olmalıdırlar. Belə haqq ödənilməsinin qarşısı alınarsa, malların pərakəndə satış qiyməti də düşər, ticarət işçiləri isə Rusiya Federasiyasının qanunları ilə müdafiə olunar”.
Komissiyanın sədri bu qadağanın insan hüquqları, habelə azad rəqabət və özəl sahibkarlıq prinsiplərini pozub-pozmadığı haqqında suala cavab verərək demişdir ki, söhbət hələlik konkret qadağadan deyil, bilavasitə bazar münasibətlərinin nizama salınmasından gedir. O demişdir: “Başa düşmək lazımdır ki, istənilən qərar hələ qanun deyildir. Əgər fikir ayrılıqları mövcuddursa, onda bütün əlaqədar tərəflər və hökumət qurumları müzakirələr aparmalı, bu və ya digər qərara dəyişiklik və əlavələr etməlidirlər. Müxtəlif variantların tətbiqi və düzəlişlərin əlavə edilməsi həmişə mümkündür”.