Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır

Vüqar Rəhimzadə: Sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelinin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrası, bütün göstərilən xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır. Bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, ən əsası vətəndaş amilinə verilən dəyərin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların təməlində Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi ilə yanaşı, “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” çağırışı dayanır. Çünki İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft-qaz sektorunu iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirməklə bərabər, həm də iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Neft gəlirlərinin idarə olunmasında, şəffaflığın təmin edilməsində mühüm rol oynayan Dövlət Neft Fondunun vəsaitləri hesabına əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr də öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir. Dövlətimizin başçısı İlham Əliyev daim müqayisəli təhlil əsasında bu fikri xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Belə ki, əhali arasında təbəqələşmə prosesi baş verir. Amma Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirməsi və həyata keçirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. İnsan amilinə verilən dəyər ölkədə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Ölkəmizdə bir qayda olaraq iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdıran V.Rəhimzadə deyib: “Buna əmin olmaq üçün koronavirus infeksiyasının dünyanı cənginə aldığı vaxtlardan, 2019-cu ilin sonlarından bu günədək dövlətimizin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev mübarizə tədbirlərinə başlandığı andan bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Həm koronavirus infeksiyası ilə mübarizə, həm də Vətən müharibəsi dövrünə nəzər salsaq görərik ki, insanların sosial müdafiəsinin gücləndirilməsi heç zaman arxa planda olmadı, əksinə dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar davamlılığı ilə diqqət çəkdi. Həmin dövrlərdə əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılmasını xüsusi qeyd etməliyik. Bu, müsbət dinamikanın göstəricisidir. Həm də təqdirəlayiq haldır ki, həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu siyasəti ardıcıl surətdə davam etdirən dövlət başçısı İlham Əliyev 2023-cü ilin ilk günlərində imzaladığı Sərəncamla əhalinin sosial müdafiəsinin prioritet olduğunu bir daha təsdiqlədi. Belə ki, ölkə Prezidentinin 2023-cü il 5 yanvar tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı həyata keçirilən sosial siyasətin, aparılan təkmil islahatların davamı kimi dəyərləndirildi. Sərəncama əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 345 manata yüksəlir. Həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılacaq. Dövlət başçısı İlham Əliyevin iqtisadi tərəqqi ilə uzlaşan sosial siyasəti ölkə ictimaiyyəti tərəfindən dəstəklənir. Atılan hər bir addımda vətəndaş amilinin prioritetliyi İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Son illərin statistikasına diqqət yetirsək görərik ki, minimum əməkhaqqı artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 110 manatdan 280 manata çatdırılır. Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsasını təşkil edir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, dövlətimizin başçısı İlham Əliyev ötən ilin sonlarında “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu təsdiqlədi. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edildi. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Həmçinin dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin dövlət büdcəsini təsdiqlədi. Builki dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqətdədir.

“Göründüyü kimi, ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara geniş yol açır. Bir əsas məqamı da unutmayaq ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibə bitən kimi azad edilmiş ərazilərimizdə bərpa işlərinə start verdi. İki ildən artıq dövrdə görülən işlərin miqyası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycan bu işləri öz daxili imkanları hesabına həyata keçirir. İşğaldan azad edilmiş torpaqlarımızla yanaşı, digər regionlarımızın da sosial-iqtisadi inkişafı dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev insanların rahat yaşayışının təmin olunmasını, sosial rifah halının yaxşılaşdırılmasını, bir sözlə, onların qayğıları ilə yaxından tanış olub həlli istiqamətində addımların atılmasını bütün dövlət məmurlarının qarşısında əsas vəzifə kimi qoyur. Dövlətimizin başçısı rayonlara yeni təyin etdiyi icra başçılarını qəbul edərkən də onlara ilk tapşırığı xalqın yanında olmaq, onların problemlərinin həllini yüksək səviyyədə təmin etməkdir”, - deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

Sosial xidmət sahəsində təkmilləşməni də insan amilinə verilən dəyərin bariz nümunəsi kimi qeyd edən Vüqar Rəhimzadə bildirib: “Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məhz bu hədəfə yüksək səviyyədə nail olmaqdır. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. “ASAN xidmət”, DOST mərkəzlərinin işğaldan azad edilmiş ərazilərimizdə yaradılması da əsas hədəflər sırasındadır. O da məlumdur ki, ötən ilin sonlarında Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST mərkəzinin açılışı oldu. Bu statistik rəqəm açıqlandı ki, bu günədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir. Ümumilikdə DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini əyani nümayiş etdirir”.

YAP Xətai rayon təşkilatının sədri qürur hissi ilə qeyd edib ki, Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun malik olduqları iqtisadi potensialdan səmərəli istifadə dayanıqlı inkişafa böyük töhfələr verəcək, güclü sosial siyasət üçün imkanlar yaranacaq. Özünüməşğulluq proqramının coğrafiyasının genişlənməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadrat kilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq

Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar

Mərkəzi Bank: Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycan Milli Kitabxanası CENL-in 40-cı illik iclasında ölkəmizi təmsil edir

Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb VİDEO

Göyçayda güclü külək fəsadlara yol açıb VİDEO

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq