XALQ YAZIÇISI ELÇİNİN “QATİL” PYESİNİN TAMAŞASI İSTANBUL TEATRSEVƏRLƏRİNİN BÖYÜK MARAĞINA SƏBƏB OLMUŞDUR
“Sülh” devizi altında keçirilən festivalda Azərbaycan Akademik Milli Dram Teatrının truppası ilk tamaşasını - xalq yazıçısı Elçinin “Qatil” pyesini avqustun 10-da İstanbulun izdihamlı “Qalata” körpüsündə teatrsevərlərə təqdim etmişdir.
Azərbaycanın xalq yazıçısı Elçinin “Qatil” pyesinin tanınmış publisist və rejissor Mehriban Ələkbərzadənin quruluşunda tamaşasını buraya toplaşmış İstanbul sakinləri və Türkiyədə yaşayan azərbaycanlılar böyük maraqla qarşılamışlar.
Müəllifin yüksək ədəbi ustalıqla canlandırdığı, həyatını şagirdlərinin təlim-tərbiyəsinə həsr etmiş, tənhalığını və xəyallarını ulduzlarla paylaşan kimya müəlliminin obrazını respublikanın əməkdar artisti Şükufə Yusifova böyük məharətlə yaratmışdır. Dərin psixoloji və mənəvi çalarlara malik olan digər obrazları xalq artistləri Yaşar Nuri, Səidə Quliyeva, Sabir Məmmədov və digər aktyorlar əsil sənətkarlıqla oynamışlar.
Həm əsərin bədii-estetik qayəsi, həm aktyorların peşəkar oyunu, həm də bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı musiqi sənətsevərlərin qəlbini riqqətə gətirmişdir. Onların hər pərdədən sonra sürəkli alqışları buna əyani sübut idi.
Avqustun 12-də truppa “Qatil” pyesinin tamaşasını İstanbulun ən görkəmli yerlərindən olan Sultan Əhməd meydanında oynayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]