Xankəndi-Laçın yolu: Etirazçılar plakat qaldırıb şüarlar səsləndirirlər
Şuşa, 23 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Xankəndi-Laçın yolunda təşkil edilən dinc aksiyanın on ikinci günü etirazçılar səhər saatlarında plakat qaldırıblar.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, plakatlarda rus və ingilis dilində yazılmış “Azərbaycan milləti qoruyacaq sərvəti”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekocinayətə son” şüarları səsləndirilib.
Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqeyi sərgiləyirlər.