Xarkovda Azərbaycan məktəbi açılmışdır
Xarkov, 29 mart (AZƏRTAC). Ukraynada ilk dəfə olaraq bazar günü məktəbinin bazasında xüsusi Azərbaycan orta məktəbi fəaliyyət göstərəcəkdir. Hazırda azərbaycanlı uşaqlar üçün məktəb Xarkovun mərkəzi liseylərindən birində fəaliyyət göstərir.
Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayəti bölməsindən bildirmişlər ki, indi bazar günü məktəbinin statusunun orta məktəbə dəyişdirilməsi sahəsində iş aparılır.
15 ildən bəri fəaliyyət göstərən bazar günü məktəbinə 50 nəfərdən çox azərbaycanlı uşaq gəlir. Hazırda Xarkovun müxtəlif məktəblərində təhsil alan azərbaycanlı uşaqlar şənbə və bazar günləri liseyə gedirlər. Burada Azərbaycan müəllimləri onları Azərbaycanın tarixi və coğrafiyası, ana dili, Azərbaycan ədəbiyyatı və s. ilə tanış edirlər.
Təkcə Xarkovda deyil, Ukraynanın digər regionlarında da azərbaycanlılar üçün ayrıca orta məktəbin açılması planlaşdırılır. Xarkovla yanaşı Nikolayev, Donetsk və Dnepropetrovskda, habelə başqa şəhərlərdə Azərbaycan bazar günü məktəbləri fəaliyyət göstərir.
Qeyd edək ki, təqribən iki milyon nəfər əhalisi olan Xarkovda 50 minə yaxın azərbaycanlı yaşayır.
Albina Atlıxanova
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbirləri
Xarkov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]