XARKOVLU HƏMVƏTƏNLƏRİMİZ AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANININ AİLƏSİNƏ QAYĞI GÖSTƏRİRLƏR
M.Ömərov Viktor Vasilyeviçin ömür-gün yoldaşına Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin adından və şəxsən öz adından dərin kədər hisslərini ifadə etmiş, Azərbaycanın Milli Qəhrəmanının bütün fotoşəkilləri, o cümlədən uşaqlıq illərinin şəkilləri toplanmış fotoalbomu ona təqdim etmişdir. Bildirilmişdir ki, 28 may - ölkəmizdə qeyd olunan Respublika günü ərəfəsində Xarkovda Seryoginlər ailəsinin yaşadığı evin divarına xatirə lövhəsi vurulacaqdır.
Ertəsi gün yanvarın 29-da Qalina Mixaylovna Seryogina Azərbaycanın Ukraynadakı səfirinə zəng vuraraq, ailəsinə göstərdikləri yardıma görə ona və Xarkovda yaşayan həmvətənlərimizə səmimi minnətdarlıq etmiş, Azərbaycanın, Azərbaycan xalqının öz qəhrəmanlarını unutmamasından qürur hissi keçirdiyini və sevindiyini bildirmişdir.