“Xəzər kuboku-2016” beynəlxalq şahmat turnirinə yekun vurulub
Bakı, 19 fevral, AZƏRTAC
İranda keçirilən “Xəzər kuboku-2016” beynəlxalq şahmat turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, sonuncu turda Rusiya təmsilçisi Sergey Volkovla xalları yarı bölən Azər Mirzəyev 6 xalla 7-ci pillədə qərarlaşıb. Loğman Quliyev isə yerli şahmatçı Mohammad Akbari Gevardiyə məğlub olaraq 4 xalla turniri 47-ci yerdə başa vurub.
Turnirin qalibi adina isə 9 oyundan aktivinə 7 xal yazmağa nail olan iranlı Masoud Mosadeghpour layiq görülüb.
Qeyd edək ki, yarışda ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Latviya, Litva, Ermənistan, Niderland, Türkiyə, ABŞ və Türkmənistandan 16 qrossmeyster daxil olmaqla 76 şahmatçı iştirak edib. İsveçrə sistemi ilə keçirilən 9 turdan ibarət yarışın “A” turnirində ölkəmizi Azər Mirzəyev və Loğman Quliyev təmsil ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]