XİN: Ermənistan Azərbaycanın biomüxtəlifliyinə və canlı təbiətə zərər vurmaqda davam edir
Bakı, 12 aprel, AZƏRTAC
Bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə ərazilərimizdə biomüxtəlifliyə və canlı təbiətə zərər vurmaqda davam edir.
AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, bu barədə məlumat aprelin 12-də Haaqa Sülh Sarayında “Avropanın Canlı Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası”na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesində səsləndirilib.
Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti nəticəsində meşələrin geniş şəkildə qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]