XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ VARŞAVA ŞƏHƏRİNDƏ ANILMIŞDIR
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə fevralın 26-da Varşavanın mərkəzində yerləşən Jurnalistlər evində Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, Varşavada akkreditə olunmuş diplomatların, Polşada təhsil alan yerli və xarici tələbələrin, elm adamları və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 2009-cu ildən başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verilmişdir. Dünya liderlərinə ünvanlanmış müraciətin mətni oxunmuş və iştirakçılar “Xocalıya ədalət” beynəlxalq kampaniyasına qoşulmağa dəvət edilmişlər.
Tədbirin sonunda “Xocalıya ədalət” kampaniyasının klipi göstərilmiş, iştirakçılara müvafiq təbliğat-təşviqat materialları paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]